Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyadan Ukraynaya- yanacağın ixracına dair qadağa qüvvəyə minib

Rusiyadan Ukraynaya yanacağın ixracına dair qadağa qüvvəyə minib

Bu gündən etibarən Rusiyadan Ukraynaya kömür və neft məhsullarının tədarük qadağası qüvvəyə minib.

Yenixeber.org: Rusiya hökumətinin qətnaməsinə əsasən, bundan sonra əmtəə benzini, dizel yanacağı, propan, butan və digər sıxılmış qazların Ukraynaya tədarükü yalnız Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin icazəsi ilə mümkündür.

Mayın 31-də Rusiyanın İqtisadi İnkişaf Nazirliyi hökumətə Ukraynaya yanacaq tədarük edə biləcək şirkətlərin siyahısını təqdim edib. Şirkətlərə veriləcək icazələr və tədarük olunacaq həcmlər hər ay yoxlanılacaq.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi Aleksandr Danilyuk Rusiyadan gələn neft və butan tədarükünün qadağan edilməsi Kiyev üçün problem yaradacağını bildirib.

Aprel ayının ortalarında təsdiqlənmiş yanacaq tədarükünün qadağan olunması Ukrayna hökumətinin Rusiyaya qarşı sanksiyaların uzadılması qərarına cavab idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam