Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Tevos Arşakyan:“Ukrayna Ermənistanın kürəyinə bıçaq sapladı

Tevos Arşakyan: “Ukrayna Ermənistanın kürəyinə bıçaq sapladı”

Düşmən Türkiyədə pul xərcləməkdənsə, turistlərimizə Krımda dincəlməyi təbliğ edəcəyik.

“Ermənistanın və erməni diasporunun Ukrayna üçün etdiyi bütün yaxşı işlərə baxmayaraq, ukraynalılar nədənsə həmişə Ermənistandan daha çox Azərbaycana meyl edirlər”. 

Yenixeber.org: Bu sözləri Ermənistanın tanınmış jurnalistlərindən biri olan Tevos Arşakyan bildirib. Onun sözlərinə görə, sentyabrın 27-də Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Katerina Zelenkonun ölkə vətəndaşlarına “Azərbaycan və Gürcüstanın işğal olunmuş ərazilərinə baş çəkməyin “yolverilməzliyi” tələbi ilə müraciəti erməni xalqının arxasına saplanan bıçaqdır.

“Zərbə çirkin idi və erməni xalqının ən ağrılı yerindən – Qarabağdan vuruldu”, – deyən Arşakyan etiraf edir ki, Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasında istifadə olunan ifadə tərzi erməniləri şoka salıb. Dağlıq Qarabağı “Azərbaycanın işğal olunmuş ərazisi” kimi açıq şəkildə göstərən bəyanat Ermənistan üçün çox gözləniıməz oldu.

Jurnalist vurğulayır ki, ukraynalılar artıq maskalarını cırıblar. Gör iş o həddədir ki, vətəndaşlarını Qarabağı ziyarət üçün inzibati və cinayət məsuliyyəti ilə hədələyirlər.

Ermənilər əvvəlcə güman etdilər ki, bu ifadə yalnız xanım Zelenkonun təşəbbüsünün nəticəsidir. Ancaq onların bu ümidləri puç oldu. Zaman göstərdi ki, Katerina Zelenkonun açıqlaması Ukraynanın rəsmi mövqeyidir.

Jurnalist xatırlayır ki, Ukraynada 500 minə yaxın erməni yaşayır. “Xatırladaq ki, Maydan hadisələrinin ilk qurbanı etnik erməni Sergey Niqoyan olub. Ermənilər də Ukraynanın Rusiya təcavüzündən qorunmasında yaxından iştirak edirlər. Ukraynanın şərqində rusiyapərəst yaraqlılara və Rusiya hərbçilərinə qarşı vuruşma zamanı Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın və könüllü birləşmələrin sıralarında vuruşan 52 erməni həlak olub. Bu sayı Ukraynanın daxili işlər naziri Arsen Avakov da təsdiqləyib. Bununla belə, ukraynalılar nədənsə həmişə Ermənistana yox, Azərbaycana meyllidir”.

Tevos Arşakyan daha sonra acıqla bildirib: “Siz ermənilərin yaralı yerindən vurdunuz, biz də eyni şeyi edəcəyik. Düşmən Türkiyədə pul xərcləməkdənsə, turistlərimizə Krımda dincəlməyi təbliğ edəcəyik. Bütün dünyaya bəyan edəcəyik ki, yalnız Krıma deyil, LPR və DPR-yə də investisiya qoymaq lazımdır. Və nəhayət Ukraynadakı soydaşlarımızın nəzərinə – növbəti prezident və parlament seçkilərində, daha ayıq olun, səslərinizi normal namizədlərə verin və bir daha Ermənistanın kürəyini bıçaqlayan təlxəklərə səs verməyin”. (konkret)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam