Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rus kəşfiyyatçıları həyəcan təbili -Ermənistana HÜCUM XƏBƏRDARLIĞI

 

Rus kəşfiyyatçıları həyəcan təbili - Ermənistana HÜCUM XƏBƏRDARLIĞI

Rusiya Daxili İşlər Nazirliyinin V.Y.Kikotya adına Moskva Universitetində keçirilən konfransda Baş idarənin müdiri Oleq İlyin “Terrorizm və ekstremizmlə mübarizədə beynəlxalq əməkdaşlığın prioritetləri” mövzusunda məruzə ilə çıxış edib.

Yenixeber.org: Məruzədə diqqət çəkən məqam İlyinin “İŞİD İraq və Suriyada məğlubiyyətdən sonra öz fəaliyyətlərini Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və Ermənistan ərazisinə köçürməyi planlaşdırır” sözləridir. Bu, Rusiyanın adıçəkilən ölkələrə gələcək təhlükələrlə bağlı açıq xəbərdarlığı hesab oluna bilər.
 Rusiyada səslənən bu xəbərdarlığı Ermənistanda birmənalı qəbul etməyiblər.


Erməni şərhçi Tevos Arşakyan yazır ki, Moskva İrəvana “ya Rusiya, ya da İŞİD” xəbərdarlığı edir.

“Ermənistanda son proseslər Kremli narahat edir. Rusiya kəşfiyyatı ermənilərin anti-Rusiya əhval-ruhiyyəsi haqqında təhlükə siqnalları verirlər. Ruslar anlayır ki, ermənilər Ermənistandakı Rusiya hərbiçilərini istəmir və buna açıq etiraz edirlər. Bu baxımdan, İŞİD-in Ermənistana hücumu haqqında fərziyyə ortaya atılır və bununla bildirilir ki, Rusiya Ermənistandan çıxarsa, İŞİD hücum edə bilər”, - deyə o bildirib.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam