Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sergey Konoplyov Azərbaycan xalqından üzr istədi

 

ABŞ və Ukrayna vətəndaşı, Harvard Universitetinin Kennedi məktəbinin Avrasiya Təhlükəsizliyi Proqramının direktoru Sergey Konoplyov Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Yenixeber.org: Bu barədə XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Məktubunda S.Konoplyov Azərbaycanın razılığı olmadan 2012-ci ildə işğal olunmuş Azərbaycan ərazilərinə səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini və bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək S.Konoplyov Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib.

O, işğal olunmuş ərazilərə qanunsuz səfəri ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini və gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb.

Həmçinin S.Konoplyov gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam