Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İlham Əliyev Ramzan Kadırova tapança göndərdi - FOTO

Azərbaycan prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mayın 24-də Qroznıda Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşdə ona hansı hədiyyəni verdiyi məlum olub.

Xeberinfo.com:  Virtualaz.org xəbər verir ki, hədiyyənin nədən ibarət olduğunu bu gün Ramzan Kadırov özü İntagram-da açıqlayıb.

“Mənim Azərbaycan prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüm oldu. O, mənə Azərbaycan prezidenti İlham Əliyevin adından üzərinə adım həkk olunmuş “Zəfər” tapançasını təqdim etdi. Mən hədiyyəni “Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərə görə” almışam”-Kadırov yazıb.

 

Çeçenistan rəhbəri bildirib ki, Azərbaycan nümayəndə heyəti ilə danışıqlarda əsas diqqət ikitərəfli ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə yönəlib. Xatırladaq ki, Ramiz Mehdiyevin başçılıq etdiyi heyət təhükəsizlik məsələləri üzrə Çeçenistanda keçirilən beynəlxalq toplantıda iştirak edib.

“Zəfər” tapançalarını Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “İqlim” istehsalat birliyi Türkiyə şirkəti ilə birgə istehsal edir. Bu tapançaların sandığı 15 patron tutur.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam