Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Rusiyanın yeni planının Azərbaycana təsiri

 

Moskva Dağıstanla Gürcüstan arasında çəkilən Avar – Kaxetiya yolu boyunca yaşayan gürcü əhaliyə Rusiya pasportları paylamağa başlayıb.

"Xeberinfo.com":  Məlumata görə, əraziyə dəfələrlə baş çəkmiş gürcü ekspert Vano Maçavariani bunu ölkəsi üçün çox təhlükəli sayıb. Onun sözlərinə görə, pasportların paylandığı Kaxetiya bölgəsi etnik baxımdan çox millətlidir – orada həm etnik gürcülər, həm osetinlər, həm də kistinlilər yaşayırlar.

Pasportu əsasən pensiyaçılar və onların ailə üzvləri alırlar. Yaşlı adamlar Rusiya pensiyası ilə Gürcüstanda yaşamağı daha əlverişli sayırlar. Pasportları əsasən Gürcüstanın Axmeta və Kvareli rayonlarının kənd sakinləri alır.

Eyni proses Gürcüstanın əsasən ermənilər yaşayan Axalkalaki rayonunda da baş verir. Orada yaşayan erməni və gürcü əhaliyə Rusiya pasportları paylanır.

Bütün bunlar Rusiyanın Gürcüstanı parçalayaraq Dağıstandan Ermənistana dəhliz açmaq niyyətini ortaya çıxarır. Məsələ bundadır ki, pasport paylanan iki etnik qarışıq bölgənin arasında boş Qabırrı çölü (Ceyrançölün davamı) yerləşir. Yəqin Rusiya tərəfi güman edir ki, həmin ərazini götürməklə etnik gürcülərin tarixi ərazilərinə toxunmayacaq ki, bu da Gürcüstan əhalisinin vətənpərvərlik duyğularını qıcıqlandırmayajaq, yəni gürcülər bu hərbi müdaxiləyə ciddi müqavimət göstərməyəcək.

Həm də bu addım Moskvaya Azərbaycanı da blokadaya salmağa imkan verər. Çünki ölkənin Gürcüstan vasitəsi ilə Avropaya və Türkiyəyə çıxışı bağlanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam