Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

QMİ-dən Fransada baş verən terror hadisəsinə sərt reaksiya

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Fransada baş verən terror aktı ilə bağlı bəyanat verib. 

"Xeberinfo.com":  QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, müsəlmanlar insan qətlini, zor, təcavüz və terroru hər zaman pisləyir və bu baxımdan Fransada baş verən son terror hadisəsini ciddi qınayır.

QMİ bəyan edir ki, insan həyatı Uca Allahın yaratdığı müqəddəs dəyərdir və ona edilən təcavüz böyük günahdır, bu günahı törədənlər həm Allah dərgahında, həm də bəşəri qanunlar qarşısında cavab verəcəklər: “Hər hansı təcavüz və ya qətlin din adından, guya dinin maraqlarının qorunması pərdəsi altında törədilməsi, din adından sui-istifadə edilməsi yolverilməz haldır. Heç bir səmavi din, o cümlədən İslam buna haqq qazandırmır. Terror İslamın istəyi deyil. Dini mərkəz olaraq hər zaman öz birmənalı mövqeyimizi bütün məqamlarda və xitabət kürsülərindən bildirmişik və bir daha təkrar edirik ki, din, onun dəyərləri, müqəddəs şəxsiyyətləri, rəmzləri və simvollarına ehtiram nümayiş etdirilməlidir. Bəşər ailəsinin bütün üzvləri buna əməl etməli, müxtəlif dini mənsubiyyət daşıyıcıları üçün həssasiyyət kəsb edən məqamlara diqqətlə yanaşmalıdırlar. Heç kimə insanların dini hisslərini təhqir etmək haqqı verilməyib. Biz bütün insanları multikultural dünyamızda dinc birgəyaşayış, tolerant həyat tərzi, sülh, sabitlik və istiqrar üçün mühüm, həlledici amillərdən olan bu məqamı nəzərə almağa çağırırıq. Biz dünya dinlərinin liderlərini bu yöndə səylərini birləşdirməyə səsləyirik”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam