Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İran ABŞ-ın 220 milyon dollarlıq silahını MƏHV ETDİ: 30 amerikalı ölümdən belə xilas oldu - FOTOLAR

 

İran Silahlı Qüvvələri İnqilab Keşikçiləri Korpusunun Aviasiya-Kosmos Bölməsi iyunun 20-də ABŞ ordusuna aid “Global Hawk” RQ-4C tipli pilotsuz uçuş aparatını Hörmüz boğazının hava məkanında məhv etdi.

 

Yenixeber.org:  “Global Hawk” RQ-4C haqqında maraqlı məlumatları təqdim edir.

Global Hawk”, böyük ehtimal, ABŞ ordusunun həm dəniz, həm də hava qüvvələrində istifadə olunan pilotsuz uçuş aparatıdır.

İlk dəfə 1995-ci ildə xidmətə verilən RQ-4C yüksək hündürlükdən uça bilən PUA kimi tanınır. Bu silah ABŞ müdafiə sənayesinin ən böyüklərindən olan “Northrop Grumman” və “Raytheon” şirkətləri tərəfindən ortaq istehsal edilir.

“Global Hawk” kəşfiyyat təyyarələrinin gördüyü işi həyata keçirəcək potensiala sahibdir. Radar, kamera, sensorlarla təchiz olunmuş bir təyyarədir.

Qanadlarının genişliyi bir “Airbus 321” boydadır. Təxminən, bir sərnişin təyyarəsi boyda.

Bir ədəd “Rolls Royce” turbofanı, yəni qırıcı motoru ilə uçur.

RQ-4C minlərlə km uzaqlıqda yerləşən bazalardan 3 nəfərlik komanda tərəfindən idarə olunur.

Üzərində silah yoxdur. Sadəcə müşahidə və xəbərləşmə sistemləri var. Eyni zamanda, təyyarə qərargah vəzifəsi də görə bilir. Daim yenilənir və yeni kodlar yazılır.

Təyyarənin sadəcə özü 30 milyon dollardır. Üzərindəki aksesuarlar və təchizatlarla birlikdə qiyməti 220 milyon dollara qədər çıxa bilir. İranın məhv etdiyi “Triton” modeli də məhz bu qiymət civarındadır.

Qeyd edək ki, İran ABŞ-ın 30 nəfərlik heyətini daşıyan P-8 tipli hərbi təyyarəsinin onun hava sərhədlərini pozduğunu iddia etmişdi. Buna görə P-8-i deyil, RQ-4C-ni vurduğunu açıqlamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam