Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

QAT-dan beynəlxalq qurumlara müraciət

 

QAT  Azərbaycanlı girovlar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına və ATƏT-in fəaliyyətdə olan sədrinə məktub göndərib.
"Xeberinfo.com":  Məlumata görə, məktubda bildirilir ki, girov götürülən şəxslər təzyiq və işgəncələrə məruz qalır: “Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də erməni əsirliyindədir. Ermənilər onlara dəhşətli işgəncələr verir və şəkillərini də sosial şəbəkələrdə yaymaqdan çəkinmirlər . İndi də onların üzərində saxta ”məhkəmə prosesi" qurublar, işgəncə verməklə onlardan istədikləri ifadələri almağa, onları diversant kimi təqdim etməyə çalışırlar".  
Müraciətdə Ermənistanın və Dağlıq Qarabağdakı qondarma rejimin növbəti dəfə beynəlxalq təşkilatların gözü qarşısında qanunsuzluq etdiyi, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğu xatırladılıb və beynəlxalq təşkilatlardan girov götürülən azərbaycanlıların geri qaytarılması istiqamətində yardım istənilib: “Siz və rəhbərlik etdiyiniz qurum isə bütün qanunsuzluğa, anti-bəşəri hərəkətlərə heç bir reaksiya vermir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə heç bir reaksiya vermədiniz, işğalın nəticələrinin aradan qaldırılması istiqamətində real addım atmadınız. 
Sizin seyrçi mövqedə qalmağınız Azərbaycan cəmiyyətində sizə və rəhbərlik etdiyiniz quruma qarşı etimadı heçə endirir. Xahiş edirik, məsələyə müdaxilə edəsiniz, girovların dərhal geri qaytarılması, Ermənistanın həm işğalçı hərəkətlərinə, həm girovlara qarşı törətdiyi əməllərinə görə cəzalandırılması, həm də bu məsələnin təmsil etdiyiniz qurumda müzakirəyə çıxarılması üçün təşəbbüs göstərəsiniz”. QAT sədri Akif Nağı “Yeni Müsavat”a bildirib ki, hələlik onların müraciətinə hər hansı rəsmi cavab gəlməyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam