Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gürcüstan Prezidentinin impiçmenti tələbi ilə aksiya keçirilib -FOTOREPORTAJ

 

Tbilisidə Gürcüstan Prezidenti Salome Zurabişviliyə impiçment tələbi ilə aksiya keçirilib.

Yenixeber.org: Xəbər verilir ki, “Rusiya işğalçıdır” Hərəkatının təşkil etdiyi “Prezidentə qırmızı kart” şüarlı aksiya dövlət başçısının iqamətgahı qarşısında baş tutub.

İştirakçılar əllərində qırmızı kart, "Bizə NATO lazımdır!", "Get Salome, get" şüarları tutaraq fit çalıblar və prezidentin impiçment prosesinin başlanmasını tələb ediblər.

Onlar bildiriblər ki, S.Zurabişvilinin Gürcüstanda ABŞ hərbi bazasının yerləşdirilməsinin məqsədəuyğun olmaması ilə bağlı səsləndirdiyi fikir Rusiyanın maraqlarına tam cavab verir.

Qeyd edək ki, “Rusiya işğalçıdır” Hərəkatının fəalları analoji şüar və tələblə mayın 2-də Gürcüstan parlamentinin binasında da aksiya keçiriblər.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam