Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

YAP-dan Xədicə İsmayılın azadlığa buraxılmasına reaksiya

YAP-dan Xədicə İsmayılın azadlığa buraxılmasına reaksiya

 

 

“Xədicə İsmayılın şərti cəza ilə azadlığa çıxması adi haldır. Bunu Azərbaycanın hüquq-mühafizə orqanlarının humanist siyasətinin nəticəsi hesab edirəm”.
Xeberinfo.com:  Bu fikirləri AzVision.az-a Yeni Azərbaycan Partiyasının icra-katibinin müavini, deputat Siyavuş Novruzov deyib. 
YAP rəsmisi vurğulayıb ki, X.İsmayılın şərti cəza ilə azadlığa buraxılması şouya çevrilməməlidir:“Azərbaycan dövləti humanistdir. Belə hallar hər zaman olub. Hazırda bu proses davam edir. Xədicə İsmayılın şərti azadlığa buraxılmasını kimsə şouya çevirməsin. Bu, adi haldır. Azadlığa buraxılan müəllim, həkim heç də ondan aşağı deyil, əksinə daha üstündür”.
Qeyd edək ki, bu gün “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova azadlığa buraxılıb.
Ali Məhkəmədə jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə Xədicə İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.
Xədicə İsmayıl MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun qurbanlarından biri idi. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam