Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ANS-dən Xədicə İsmayıla cavab

 

ANS telekanalı həbsdə olan jurnalist Xədicə İsmayılın “Hesabat” verilişi ilə bağlı səsləndirdiyi iradlara cavab verib

"Xeberinfo.com":  Məlumata görə, X.İsmayıl Mirşahin Ağayevin verilişində adının hallanmasına “etiraz” edib.
“ANS-in “Hesabat” verilişində Emin Hüseynovla bağlı süjetə baxdım. Mirşahin belə bir söz də işlətdi ki, Xədicə İsmayıl və Leyla Yunusdan fərqli olaraq Emin Hüseynov qanun qarşısında durmaq istəmədi. Səhvi heç də kiçik deyil”-deyə X.İsmayıl Mirşahin Ağayevin guya səhvə yol verdiyini iddia edib.
X.İsmayılın fikirlərinə qarşı tərəfin cavabı gecikməyib. ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov AzVision.az-a açıqlamasında Xədicə İsmayılın dediklərinin əhəmiyyətsiz olduğunu deyib.
“Xədicə İsmayıl nə istəyir deyir. Onun dedikləri həqiqəti əks etdirmir. Bu fikirlər yersiz və məntiqsizdir”. 
Xatırladaq ki, Xədicə İsmayıl ötən ilin dekabrın 5-də həbs edilib. Həmin gün ona qarşı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb
Fevralın 13-də jurnalistə qarşı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam