Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ səfirlikləri təhlükədə

 

Kəşfiyyat komitəsi CİA-nin işgəncə faktlarına dair məruzə yayımlayacaq

"Xeberinfo.com":  Amerika Birləşmiş Ştatları Senatı Kəşfiyyat Komistəsinin Mərkəzi Kəşfiyyat Agentliyinin sərt dindirmə üslubuna dair məruzəsi ölkə səfirliklərini ciddi təhlükələrlə qarşı-qarşıya qoya bilər.

Senatın kəşfiyyat komitəsi ilk dəfə belə bir məruzə ilə çıxış edəcək. Məruzədə, eyni zamanda, 2001-ci il 11 sentyabr hücumlarından sonra terrorizmdə şübhəli bilinən əl-Qaidə üzvlərinə edilən işgəncələrə dair məlumat yer alır.

Məruzə ilə tanış olan ABŞ rəsmiləri işgəncələrin, əslində, kəşfiyyata faydalı olmadığını qeyd ediblər.

Ağ Evin mətbuat katibi Coş Ernest hökumətin istənilən təhlükəyə qarşı tədbirli olduğunu açıqlayıb.

“Biz komitənin belə bir məruzə yayımlayacağından xəbərdarıq. Məruzə yayımlandıqdan sonra Amerika səfirlikləri və vətəndaşlarına qarşı hücum riskinin artacağı qeyd olunur. Hökumət təhlükəsizliyin təmin olunması üçün lazımi addımlar atıb”.

Coş Ernest, eyni zamanda, bir qədər əvvəl girov düşdükdən sonra öldürülən amerikalı junralist Luk Somersin qətli ilə bağlı açıqlama verib. Ernest qeyd edib ki, Obama bu cür ədalətsiz hökmlərə qarşı səbr nümayiş etdirməyəcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam