Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MİT-in məxfi hesabatı: PKK Azərbaycanda

131437_res_01

Türkiyə mətbuatının yazdığına görə Milli İstihbarat Təşkilatının (MİT) erməni jurnalist, “Aqos” qəzetinin redaktoru Qrant Dinkin öldürülməsi işi üzrə hazırlanan yeni ittihama əlavə edilmiş məxfi hesabatı üzə çıxıb.

Xeberinfo.com:   Və həmin hesabatda PKK-nın Azərbaycan da daxil olmaqla bəzi ölkələrdəki fəaliyyətindən bəhs edilir. Məxfi məruzə 2011-ci il martın 1-dən 31-nə qədər olan kəşfiyyat məlumatları əsasında hazırlanıb.
Virtualaz.org odatv.com-a istinadən xəbər verir ki, məxfi məruzə 2011-ci il aprelin 24-də Emniyyet Genel Müdirliyi tərəfindən dörd regional polis idarəsinə göndərilib. “MİT-dən alınan və 1-31 mart 2011 il tarixlərini əhatə kəşfiyyat bülleteni fəaliyyətinizdə nəzərə alınması üçün göndərilir”-Emniyyetin məktubunda göstərilir.

Məruzədə MİT-in həmin dövrdə erməniləri, rumları və digər etnik-dini azlıqlara dair kəşfiyyat məlumatlarını  “Etnik separatçı fəaliyyətlər” bölməsində cəmləşdirib. Qrant Dinkin 2007-ci ildə qətlə yetirilməsini və ermənilərin bu hadisədən istifadə edərək Türkiyə əleyhinə təbliğat aparmasını “erməni məsələsi” kontekstində nəzərdən keçirilməli olduğunu bildirib.

Sənəddə “Terror təşkilatları” bölməsində PKK, DHKPC və digər radikal solçu terror təşkilatları, habelə PKK-nın aralarında Fransa, Almaniya, Azərbaycan və Ukrayna başda olmaqla bir çox ölkələrdəki fəaliyyətləri  barədə kəşfiyyat məlumatlarına yer verilib. Lakin MİT-in məruzəsinin həmin hissəsinin detalları mətbuatda yayılmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam