Qənirə Paşayeva AŞPA-da çıxış edib
Qənirə Paşayeva AŞPA-da çıxış edib
Yenixeber.org: Bu gün AŞPA-da “İşgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” adlı Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hazırladığı qətnamə layihəsinin müzakirəsi zamanı çıxış eədn millət vəkili Q.Paşayeva üzv ölkələri bu ciddi problemlə mübarizədə fəal olmağa çağırıb:” Hörmətli həmkarlar, ilk növbədə cənab məruzəçiyə bu cür vacib məruzə üçün təşəkkür edirəm. İnanıram ki, bu məruzə üzv dövlətlərini müvafiq məsələ ilə necə məşğul olmağı göstərən aydın göstərişləri təmin edir. Avropa Şurası hüdudları daxilində işgəncə vermək və ölüm hökmü qadağandır. Avropa İnsan Hüquqları Konvensiyası işgıncə vermək, qeyri-insani, təhqiredici rəftar və cəzanı qadağan edir. Konvensiyaya uyğun olaraq, fövqəladə hallarda işgəncələrin qadağan edilməsini azaltmaq olmaz. Bundan başqa işgəncələrin qadağan edilməsi adi beynəlxalq hüquq normasıdır və beynəlxalq hüququn məcburi normasıdır. Bu yaxınlarda Avropa Şurasının demək olar ki bütün üzvləri tərəfindən ratifikasiya edilmiş Konvensiyanın 6 saylı Protokolu ölüm hökmünü ləğv edir. Nəticə etibarilə Avropada insan haqlarının himayədarı olan Avropa Şurası dünyada model rolunu oynayır və bu sahədə mövqeyini daha gücləndirməlidir. Aydındır ki, işgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarəti qanunsuzdur və heç bir şərt altında qəbuledilməzdir. Təəssüflər olsun ki, təşkilatın prinsiplərinə və öhdəliklərinə zidd olaraq, bu məruzədə qeyd edildiyi kimi Avropa Şurasının bir sıra üzv-dövlətlərində bu cür mallar hələ də istehsal edilir, satışa çıxarılır və satılır. Bu cür malların ticarəti ilə bağlı qaydalar daha da sərtləşməlidir. Mən məruzənin mövqeyi ilə tamamilə razıyam ki, Assambleya və üzv-dövlətlər öz ərazilərində işgəncələr və ölüm hökmü üçün istifadə edilən malların ticarəti ilə məşğul olan şirkətlərin fəaliyyətinə imkan verməməlidir. Bununla bağlı hər hansı cəzasızlıq bizim üçün və ümumilikdə bəşəriyyət üçün faciəvi nəticələrə gətirib çıxarda bilər. Əlbəttə ki bu məsələ ilə bağlı qanunvericilik aktların qəbulu bu cür hallarla mübarizə üçün ilkin şərtdir, lakin kifayət deyil. Qaydayaların icra mexanizmlərinin gücləndirilməsi də vacibdir. Üzv-dövlərləri bu istiqamətdə vicdanla hərəkət etməlidirlər. Bundan başqa Assambleya sadəcə tövsiyyə qəbul etməklə kifayətlənməyərək, bu məsələyə görə məsuliyyət də daşımalıdır. Lakin bu o demək deyil ki, mən bu çox yaxşı işin və tövsiyyənin əhəmiyyətini nəzərə almıram. Cənab məruzəçi kimi, mən də ölüm hökmü və işgəncələr üçün istifadə edilən malların ticarətinə son qoyacaq Qlobal Alyansın yaradılmasını alqışlayır və dəstəkləyirəm. Hesab edirəm ki, bu alyansın yaradılması qanunsuz təcrübələrin bu növünə son qoymaq üçün həlledici addımdır. Sonda yenidən cənab məruzəçiyə onun bu cür çox yaxşı məruzəsinə görə təşəkkür edir və sizi bu vacib məruzəni dəstəkləməyə çağırıram. Diqqətiniz üçün təşəkkür edirəm”.