Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ kəşfiyyatı hesabat verdi

 

Kerri Senatın Mərkəzi Kəşfiyyat Agentliyinin dindirilmə praktikasına dair hesabatının mümkün nəticələrini müzakirə edib

"Xeberinfo.com":  ABŞ Dövlət Departamenti Dövlət katibi Con Kerrinin Senatın Mərkəzi Kəşfiyyat Agentliyinin dindirilmə praktikasına dair gələn həftə açıqlayacağı hesabatının geniş mənada gətirib çıxara biləcəyi nəticələrilə bağlı suallar qaldırdığını bildirib.

Dövlət Departamentinin sözçüsü Cen Psaki cümə günü bildirib ki, Con Kerri hesabatı demokrat senator Dayan Faynşteynlə müzakirə edib. Lakin Dövlət katibinin senator Faynşteyni hesabatın açıqlanması tarixini təxirə salmağa çalışdığı deyilmir. Psakinin sözlərinə görə, hesabatın açıqlanması tarixini senator Faynşteyn müəyyən edəcək.

Dövlət Departamentinin sözçüsü bildirib ki, Dövlət katibi Kerri hesabatın gələn həftə açıqlanması haqda qərar verilərkən onun xarici siyasət sahəsində təsirlərinin nəzərə alındığına əmin olmaq istəyib.

Cen Psaki Birləşmiş Ştatların İŞİD-ə qarşı mübarizəyə başçılıq etdiyini və bir sıra amerikalının dünya ölkələrində girov saxlandığını əlavə edib.

Senatın Kəşfiyyat Komitəsinin 6 min 200 səhifədən ibarət hesabatı yaxın günlərdə açıqlayacağı gözlənilir.

Hesabatla artıq tanış olanlar orada Mərkəzi Kəşfiyyat Agentliyinin artıq qadağan edilmiş “suda boğma” kimi dindirilmə praktikasına dair daha ətraflı detalların açıqlandığını bildirib.

Hesabatda 2001-ci il 11 sentyabrda Nyu-York və Vaşinqtona terror hücumlarından sonra terror şübhəlilərinin sorğu-sual edilmək üçün ABŞ-ın kəşfiyyat orqanları tərəfindən xarici ölkələrdən Amerikaya gətirildiyi dövrü əhatə edir.

Prezident Barak Obamanın ilk dəfə olaraq avqust ayında Vaşinqtonda hökumətin 11 sentyabr hadisələrinə reaksiyasından danışarkən “işgəncə” sözünü işlətməsi şok kimi qarşılanmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam