Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə ABŞ-ın sorğusunu qəbul etmədi

Yanvarın 28-də kerçiriləcək növbəti iclasda təkrar sorğu verilə bilər.

 

Yenixeber.org: Türkiyə tətbiq olunan əlavə gömrük rüsumları ilə bağlı mübahisəni araşdırmaq üçün Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində hakimlər qrupu yaratmaq barədə ABŞ-ın sorğusunu qəbul etməyib.

Həmin sorğu ÜTT-nin Mübahisələrin həlli bölməsinin iclasında irəli sürülüb.

Yanvarın 28-də kerçiriləcək növbəti iclasda təkrar sorğu verilə bilər.

Qeyd edək ki, ötən il martın 23-də ABŞ Türkiyə də daxil olmaqla bəzi ölkələrdən polad idxalına 25 faiz, alüminium idxalına 10 faiz əlavə gömrük rüsumu tətbiq etmişdi. Bununla bağlı Türkiyənin polad məhsulları rəqabətdə xeyli zəifləyərək ABŞ bazarında mövqeyini itirmişdi. İyun ayında ABŞ bütün ölkələrə eyni rüsum tətbiq etməyə başlayanda isə Türkiyə də əldən verdiyi bazarlarda əvvəlki mövqelərini bərpa etməyə başlayıb.

Eyni zamanda avqustun 13-dən ABŞ Türkiyədən polad və alüminium idxalına rüsumları ikiqat artıraraq müvafiq olaraq 50 və 20%-ə çatdırmışdı. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam