Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Qarabağda yenidən müharibə başlaya bilər”

 

“Soyqırımı məsələsi Türkiyə və Ermənistan arasındakı münasibətləri pozmaqla yanaşı, 20 ildir davam edən Dağlıq Qarabağ münaqişəsini də zəhərləyir. 1990-cı illərdə başlayan qanlı münaqişənin yenilənmə təhlükəsi hələ də aktualdır”

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Fransanın “Le Figaro” nəşri yazıb.
Nəşr qeyd edir ki, hazırda işğal olunmuş ərazilərdə xarabalıqlar ucalır: “1994-cü ildə barışıq olsa da, bu, sülh müqaviləsi ilə nəticələnmədi. Ermənistan tərəfindən yaradılan qondarma “DQR”-i heç kim tanımadı. Halbuki, post-sovet məkanında dondurulmuş münaqişələr olan Cənubi Osetiya, Abxaziya və Dnestryanı ərazilərdə vəziyyət fərqli oldu.
 
Bu münaqişə Cənubi Qafqazda dövlətlərin münasibətlərini zəhərləyir. Münaqişə nəticəsində Türkiyə Ermənistanla sərhədlərini bağladı. Ermənistan, demək olar ki, anklav bölgəyə çevrilib. Onun yeganə yerüstü əlaqəsi İran və Gürcüstanla mövcuddur. Qarabağ ərazisi isə ümumiyyətlə blokadadadır. Buranı Ermənistanla bircə əyri-üyrü yol bağlayır. Bu bölgə, demək olar ki, təkcə erməni diasporunun verdiyi pullarla yaşayır. Cəbhədə vəziyyət yaxı deyil və mütəmadi olaraq qarşıdurma yaşanır. “Biz qəfil eskalasiyadan sığortalanmamışıq” deyə qərb diplomatlarından biri deyir”.
“Le Figaro” Azərbaycan ordusunun qüdrətinə diqqət çəkir.
“Azərbaycan məğlubiyyətlə barışmayıb və itirdiklərini geri qaytarmaq üçün səylə çalışır. Bakı nə qədər sadiq olsa da, hələ ki sülh danışıqları nəticə vermir. Bu isə geriyə bir yol buraxır: müharibə. Ermənistanda bu vəziyyəti narahatlıqla izləyirlər. Qərb diplomatları da münaqişənin yenidən qızışmasından ehtiyatlanırlar. Azərbaycan tərəfi beynəlxalq hüquqa əsaslanır və Qərbi ikili standartlarda ittiham edir.
 
Hansı ki, Krım və Donetskdə separatizmi dəstəklədiyi üçün Rusiyanı ittiham edən Qərb Ermənistana qarşı heç bir addım atmır. Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında ilkin şərt kimi Azərbaycan torpaqlarının azad edilməsini irəli sürür. Rusiya isə bu dondurulmuş münaqişədən istifadə edərək Cənubi Qafqazda mövcudluğunu gücləndirir. Moskva ənənəvi olaraq İrəvanı dəstəkləyir. Ermənistan ərazisindən 5 minə yaxın rus əsgəri yerləşdirilib. Lakin Rusiya bunu əvəzsiz etmir. Serj Sarkisyan rusların köməyinə cavab olaraq Avropa Birliyi ilə Assosiativ Sazişi imzalamaqdan imtina etdi, əvəzində bu ilin yanvarında Moskvanın layihəsi olan Avrasiya İqtisadi İttifaqına qoşuldu. Lakin hazırkı şəraitdə Azərbaycan Ermənistanla müqayisədə bütün sahələr üzrə güclüdür. Yəni Bakı daha uduşlu görünür”, - deyə nəşr vurğulayır. (publika.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam