Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şahzadə öldürülən jurnalist haqqında:"Təhlükəli biri idi" - FOTO

 

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman jurnalist Camal Haşoqqinin öldürülməsi ilə bağlı xəbər təsdiqlənməzdən əvvəl ABŞ rəsmiləri ilə danışaraq onun təhlükəli islamçı olduğunu deyib.

Yenixeber.org: ABŞ-a zəng edən şahzadə Camal Haşoqqinin təhlükəli biri olduğunu söyləyib.

Bu barədə məlumatı "The Washington Post" və "New York Times" yayıb.

Məlumatda bildirilir ki, milli təhlükəsizlik üzrə müşavir Con Boltonla telefonla danışan şahzadə Haşoqqinin "Müsəlman qardaşlar" təşkilatına üzv olduğunu bildirib, ABŞ-Səudiyyə əlaqələrinin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Telefon danışığı oktyabr ayının 9-da baş tutub.

Səudiyyəli rəsmilər xəbəri təkzib edirlər.

Xatırladaq ki, "The Washington Post"da Səudiyyə Ərəbistanı əleyhinə yazılar yazan Camal Haşoqqi oktyabr ayının 2-də Səudiyyənin İstanbul baş konsulluğunda boğularaq öldürülüb, cəsədi şaqqalanıb. Hadisədən 1 ay keçməsinə baxmayaraq onun cəsədi tapılmayıb. Səudiyyə jurnalistin planlı şəkildə öldürüldüyünü etiraf edib və bildirib ki, 18 nəfər həbs olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam