Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Britaniyada terror təhlükəsi

Britaniyada terror təhlükəsi

 

 

      "Xeberinfo.com": Böyük Britaniya indiyə qədər görülməmiş terror təhlükəsi ilə üz-üzədir. Əsasən, son zamanlarda İraq və Suriyada İŞİD terrorçu qruplaşmasına qarşı aparılan mübarizə fonunda bu təhlükə daha da artıb. Britaniyanın daxili işlər naziri Tereza Mey bu barədə açıqlama verib. Nazir qeyd edib ki, hökumət terrorizmə qarşı tədbirləri gücləndirməyə çalışır.

    “Terrorçular heç də həmişə xüsusi bir qrupa, cinayətkar təşkilata aid olmurlar. Bəziləri fərdi şəkildə kütləvi cinayətlər törətmək qərarına gəlirlər, ki bu cür “tənha canavarlar” cəmiyyətimizdə var. Ona görə biz ölkədə baş verə biləcək hadisələrə hazır olmalıyıq”
    Nazir əlavə edib ki, indi, əsasən, sosial şəbəkələrdə paylaşılan radikal fotoşəkillər və ya ismarışlar insanları təsir altına salır. Nəticədə onlar qanlı cinayətlər törədirlər.
   Britaniya təhlükəsizlik qüvvələri, əsasən, paytaxt Londonda terror təhlükəsinə qarşı insanları maarifləndirmək məqsədilə müxtəlif kampaniyalar keçirirlər. Ötən gün London polisi terror aktı ilə qarşılaşdıqda insanların nə etməli olduğunu nümayiş etdirən broşüralar paylayıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam