Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ermənistan dollardan imtina edir - Paşinyan kartları dəyişir? 

Ermənistan dollardan imtina edir - Paşinyan kartları dəyişir?

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan İrəvanın ABŞ dollarından imtina edərək Avrasiya İqtisadi İttifaqının (Aİİ) vahid valyutasına keçməsini təklif edib

Yenixeber.org:  Bu barədə Qriqoryan Rusiyanın “Mir 24” telekanalına açıqlama verib. Aİİ-nin gələcək inkişaf və əməkdaşlıq perspektivlərindən danışan Qriqoryanın fikrincə, təşkilatın əhatə etdiyi iqtisadi məkanda vahid valyuta zonası yaradılmasa, iqtisadi inteqrasiya tam və hərtərəfli olmayacaq.

“Əgər işlər başqa ittifaqın və ya ölkənin pulu ilə aparılırsa, vahid valyuta zonası olmadan iqtisadi inteqrasiyadan və ittifaqdan əldə edilə biləcək faydalar tam olmayacaq. Bu məsələnin aktuallığı göz qabağındadır və vahid valyutaya keçilməsi prosesi olduqca aktiv şəkildə baş verəcək”, – Qriqoryan bildirib. 

Erməni ekspertlər hesab edirlər ki, hətta Aİİ çərçivəsində olsa belə, Ermənistanın dollardan imtinası ciddi maliyyə risklərinə səbəb ola bilər. Çünki Ermənistan kimi məhdud beynəlxalq iqtisadi əlaqələrə malik və kiçik bir ölkənin xarici ticari əməliyyatlarda milli valyutaya keçməsi əksinə, onun dollardan asılılığını daha da artıracaq. Çünki ümumiyyətlə inkişaf etməkdə olan ölkələr və o cümlədən Aİİ üzvlərinin milli valyutalarının bir-biri ilə çarpaz məzənnəsi müəyyənləşir. Odur ki, Ermənistan xarici ticarət əməliyyatlarını milli valyutalarla aparmaq istəsə belə, sonra həmin pulları yenidən dollar üzərindən konvertasiya etməlidir. 

Həmçinin, Avropa İttifaqı ilə yeni hərtərəfli saziş imzalayan İrəvan köhnə qitə ilə Aİİ arasında iqtisadi “inteqrasiya körpüsü” rolunu oynamağa çalışır. Erməni ekspertlərin sözlərinə görə, belə olanda gərək Ermənistan alternativ olaraq yalnız avrodan istifadə etsin. Bu isə, Ermənistanın maliyyə sisteminin bölünməsinə və işlərin daha da çətinləşməsinə gətirəcək. Həmçinin, avronun məzənnəsi dollardan da bahadır. Eyni zamanda, dünyada strateji məhsulların hər biri dollarla satılır. Yəni aydın olur ki, ABŞvalyutasından tamamilə üz çevirmək mümkün deyil. Odur ki, İrəvanın dollardan imtina təklifli son zamanlar Rusiyanı hiddətləndirən Nikol Paşinyan hökumətinin Moskvanın xoşuna gəlmək üçün səsləndirdiyi boş sözlərdir. Erməni ekspertlərin fikrincə, dollardan imtinaya Qərbdəki erməni diasporu da imkan verməz. Bu, İrəvandakı yeni rəhbərliyin Vaşinqtonla münasibətlərinə də təsir edə bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam