Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistan Avrasiya İttifaqının sammitinə niyə qatılmır?

 

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan ölkəsinin Avrasiya İqtisadi İttifaqının (Aİİ) martın 13-də Astanada keçirilən sammitində iştirak etməməsinin səbəbləri barədə izahat verib.
"Xeberinfo.com":  Məlumata görə, Armenpress agentliyinə verdiyi məlumatda nazir müavini deyib ki, Astana sammiti Aİİ üzvləri arasındakı bəzi mövqe fərqlərini müzakirə etməli idi, Ermənistanın isə belə mövqe fərqləri yoxdur.
Onun sözlərinə görə, Rusiya, Belarus və Qazaxıstan ümumi iqtisadi problemlərə malikdirlər, bunu gizlətmirlər və həll etməyə çalışırlar.
Koçaryan deyib ki, Ermənistanın bu üç ölkənin heç biri ilə fikir ixtilafı yoxdur.
Bununla belə, siyasi təhlilçi Stepan Qriqoryan Lragir.am saytına müsahibəsində bildirib ki, Ermənistan bu alyansda bərabərhüquqlu üzv kimi iştirak etmir.
Təhlilçinin fikrincə, Ermənistan alyansın bərabərhüquqlu üzvü olmadığı üçün Rusiyanın ona münasibəti də bu üzvlüyə müvafiqdir.
Qriqoryan düşünür ki, Ermənistan sammitə dəvət edilməyib.
Müxalifət yönlü 168 Jam qəzeti özünün 10 mart tarixli sayının redaksiya məqaləsində yazır ki, üç ölkənin inteqrasiya məsələlərini Ermənistansız müzakirə etməsinin simvolik mənası var.
Qəzet qeyd edir ki, Ermənistan alyansa Rusiyanın təzyiqi altında daxil olub və üzv olduğu üç ay müddətində yalnız ağır itkilərə məruz qalıb.
Məqalədə deyilir ki, Aİİ Ermənistan üçün inteqrasiya mexanizmi yox, onu Avropa İttifaqından qoparmaq mexanizmidir.
“Belə olduğu üçün nə Rusiyanı, nə də Aİİ-ni indi Ermənistanın gələcəyi maraqlandırır” – qəzet yazır.
Rusiyanın İnterfax agentliyi isə Astana sammitinin təxirə salındığını xəbər verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam