Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ermənistan sazişi təsdiqlədi

 

Ermənistan parlamenti bu gün keçirilən iclasında ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması barədə sənədi təsdiqləyib

 

"Xeberinfo.com": Bu barədə erməni KİV xəbər verir.Ermənistanın Aİİ-yə qoşulması barədə sazişin lehinə 103 deputat, əleyhinə isə 7 deputat səs verib. Bir erməni deputat məsələ ilə bağlı fikir bildirməkdən imtina edib. 
Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.
Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb. 
Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam