Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ölkəsinə qayıdan İŞİD-çilər həbs edildi

 

Malayziyanın hüquq-mühafizə orqanları son günlərdə Yaxın Şərqdən krallığa qayıtmış iki nəfər İŞİD tərəfdarını həbs edib, daha iki nəfər isə axtarışa verilib.  

 

"Xeberinfo.com": Malayziya əks-kəşfiyyatındakı mənbələrin məlumatına görə, polis neçə nəfərin qayıtdığını dəqiqləşdirməkdə çətinliik çəkir, çünki onların Suriyada olmaları qeydə alınmayıb. Lakin rəsmi qiymətləndirmələrə görə, Suriyada İŞİD döyüşçüləri tərəfində 45, İraqda isə 15 Malayziya vətəndaşı vuruşur.  

 

Son günlərdə həbs olunanlar arasında Malayziya döyüşçülərinin başçılarından biri Mohammed Fauzi, eləcə də Abu Dayyan kimi tanınan döyüşçü də var. Mənbənin məlumatına görə, bu il krallıqda İŞİD tərəfində döyüşən 52 nəfər həbs edilib.   

 

Malayziya İŞİD-i terror təşkilatı kimi tanıyıb və krallığın Baş naziri Nəcib Rəzaq iki ay əvvəl bildirib ki, onun hökuməti İŞİD-lə qəti şəkildə mübarizə aparacaq. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam