Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gürcüstanda daha bir istefa

 

Gürcüstanda daha bir istefa

 

 

 

Gürcüstanda Müdafiə Naziri İrakli Alasaniyanın istefaya göndərilməsindən sonra Avrointeqrasiya işləri üzrə nazir Aleksi Petriaşvili də istefa edəcəyini bildirib.

   "Xeberinfo.com": ANS PRESS-in məlumatına görə, Petriaşvili “Diktatura yaxınlaşır, demokratiya təhlükədədir. Sabah mən yazılı şəkildə baş nazirə istefa barədə müraciət edəcəm”- deyə öz son müsahibəsində bildirib.
Öz növbəsində yeni istefaya göndərilən keçmiş Müdafiə naziri də şikayətlənib. Alasaniya “Bu gün görünür ki, Gürcüstanın bütün qərbyönlü gücləri birləşməlidir. Bu gün biz partnyorlarımıza göstərməliyik ki, Gürcüstan cəmiyyəti qərbyönlü istiqamətdə birləşib, göstərməliyik ki, Ukraynada yaşanan təxribat Gürcüstanda keçməyəcək”- deyə bildirib.
Verdiyi müsahibədə Alasaniya həbs ediləcəyini də istisna etməyib. “Mən heç nəyi istisna etmirəm. Məni siyasi lider kimi həbs etmək istəyi varsa, qoy etsinlər”- deyə eks nazir bildirib.
Buna baxmayaraq Alasaniya istefaya göndərilməsində eks baş nazir Bidzina İvanişvilinin əli olmasının mümkünlüyünü şərh etməkdən imtina edib. Belə ki, ölkədə baş almış şaiyələrə görə İvanişvili işdən azad olsa da ölkəni idarə etməkdə davam edir.
Qeyd edək ki, Gürcüstan prezidenti Georgi Mergvelaşvili və Baş nazir də istefalar barədə münasibət bildiriblər. Onların hər ikisi müdafiə nazirinin istefaya göndərilməsinin NATO-ya inteqrasiya prosesində ləngimələrə gətirib çıxaracağını təkzib etməyib. Lakin Baş nazir istefaların davam edəcəyinin mümkünlüyünü qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam