Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xarici işlər nazirinin istefası gözlənilir

 

ooo

       Bu gün Gürcüstanın xarici işlər naziri Maya Pancikidze fövqəladə bəyanatla çıxış edəcək

    "Xeberinfo.com": APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə nazirlikdəki mənbə bildirib. O, M. Pancikidzenin nazirliyin binasında fövqəladə bəyanatla çıxış edəcəyini söyləyərək bəyanatın hansı mövzuda olacağını deməyib.

    Gürcüstanın xəbər agentlikləri isə nazirin böyük ehtimalla istefa verəcəyi haqda xəbərlər yayıblar. Çünki M. Pancikidze bir gün əvvəl müdafiə naziri vəzifəsindən uzaqlaşdırılan İrakli Alasaniyanın rəhbərlik etdiyi “Bizim Gürcüstan – Azad Demokratlar” Partiyasının üzvüdür. Artıq bu partiyadan olan Avropa və avroatlantik strukturlara inteqrasiya naziri Aleksi Petriaşvili istefaya gedib. Baş nazirin müavini Kaxa Kaladze eyni partiyadan olan digər nazirlərin də istefa verəcəyini istisna etməyib.

    Xatırladaq ki, Gürcüstan Baş Prokurorluğu Müdafiə Nazirliyinin yüksək vəzifəli bir sıra məmurlarına qarşı cinayət işi qaldırıb. Nazir İ. Alasaniya bu addımın siyasi xarakterli olduğunu və ölkənin avroatlantik inteqrasiya kursuna zərbə vuracağını bəyan edib. Baş nazir İrakli Qaribaşvili isə Müdafiə Nazirliyinin siyasiləşməsinə yol verməyəcəyini bildirərək naziri istefaya göndərib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam