Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putin Yanukoviçə gizli Rusiya vətəndaşlığı verib

 

 

   Rusiya prezidenti Vladimir Putin Ukraynanın devrilən prezidenti Viktor Yanukoviçə və keçmiş baş nazir Nikolay Azarova bu ölkənin vətəndaşlığını təqdim edib.

   "Xeberinfo.com" xarici KİV-ə istinadən bildirir ki, bu haqda Ukraynanın daxili işlər naziri Anton Qeraşenko bildirib: “Azarovlar ailəsi hansı əsasla Rusiya Federasiyası ərazisində qalır? Qaydaya görə Rusiya vətəndaşı olmayan şəxs ölkə ərazisində 90 gündən çox qala bilməz. Sonra gedib-gələ bilər, ancaq bu halda da 180 gündən çox qalmamalıdır”.

Onun sözlərinə görə, Yanukoviçin və Azarovun ailəsi Putinlə onlara Rusiya vətəndaşlığı verilməsi ilə bağlı razılığa gəliblər, onlar da özlərini rahat və toxunulmaz hesab edirlər.

Qeraşenko qeyd edib ki, operativ mənbədən əldə etdiyi məlumata görə, keçmiş məmurlara vətəndaşlıq Rusiya prezidentinin xüsusi gizli qərarı ilə verilib: “Onlar Ukraynanın maraqlarını satdıqlarına görə mükafatlandırılıblar”.

Mart ayında Ukrayna hakimiyyəti Rusiya ərazisində olan Yanukoviçin ekstradasiyası üçün sənəd hazırlayaraq İnterpol-a onun beynəlxalq axtarışa verilməsi ilə bağlı müraciət edib. O, Kiyevdə keçirilən etiraz aksiyası iştirakçılarının kütləvi qırğınında, Donetsk və Luqansk vilayətlərində Ukrayna hakimiyyətinə qarşı çıxan terrorçuları maliyyələşdirməkdə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam