Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Misirin keçmiş prezidenti 3 il müddətinə həbs olundu

Misirin keçmiş prezidenti 3 il müddətinə həbs olundu

 

Misir məhkəməsi keçmiş prezident Məhəmməd Mursini 3 illik həbsə məhkum edib. Mursi ədliyyə sistemini təhqir etməkdə günahkar bilinib

Yenixeber.org: Misirin Dövlət Televiziyasının verdiyi məlumata görə, dekabrın 30-da Qahirə məhkəməsi qərar verib ki, Mursi 4 il əvvəl ictimai çıxışında ədliyyə sistemini gözdən salmağa çalışıb, məqsədi isə “nifrət yaymaq”, qızışdırmaq olub. Televiziya məsələnin təfərrüatı ilə bağlı əlavə məlumat vermir.

Məhkəmə eyni işlə bağlı daha 18 nəfərə də 3 illik həbs cəzası kəsiib.

5 nəfər isə, o cümlədən demokratiya uğrunda kütləvi kampaniyaların təşkilatçısı Alaa Abdel-Fattah 30 min Misir funtu (1688 dollar) məbləğində cərimə olunub.

Mursi Misirin ilk azad seçki ilə seçilmiş prezidentidir. Onu bir illik prezidentliyindən sonra 2013-cü ildə hərbçilər devirdi. Mursinin hakimiyyəti ölkədə cəmiyyətin kəskin bölünməsinə gətirmişdi.

O vaxtdan həbsdə olan Mursiyə qarşı müxtəlif ittihamlarla məhkəmə prosesləri gedir.

Mursi həmçinin casusluqda, xarici qruplarla əlaqədə ittiham olunur.

Misirdə hərbçilər 2013-cü ildən bəri minlərlə islamçını və liberalı həbsə atıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam