Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Saakaşvili 3 illik həbs edildi

Saakaşvili 3 illik həbs edildi

 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz vətənində dövlət rəhbəri postunda olarkən səlahiyyətlərindən suistifadə etməkdə təqsirli bilinərək, qiyabi olaraq 3 il müddətinə azadlıqdan məhrum edilib

 

Yenixeber.org “Грузия Online”-a istinadən  xəbər verir ki, hökm Tbilisi şəhər məhkəməsinin hakimi Qeorqi Arevadze tərəfindən bu gün oxunub.

İstintaqa görə, Saakaşvili prezident vəzifəsində olan zaman “Birləşmiş Gürcüstan Bankı”nın əməkdaşı Sandro Qirqvlianinin qətli ilə əlaqədar həbsdə olan dörd polis əməkdaşını əfv edib. Sabiq prezidentin bu qərarının Əfv üzrə Dövlət Komissiyası ilə razılaşdırılmadığı bildirilir.

Saakaşvili hal-hazırda  Ukraynadadır. Ölkənin Xarici İşlər Nazirliyi Gürcüstanla ekstradisiya siyasəti ilə bağlı heç bir danışıqların aparılmadığını bəyan edib.

Habelə dekabrın 26-da məlum olub ki, Kiyev dairə inzibati məhkəməsi Ukrayna ədliyyə nazirinə Saakaşvilinin ekstradisiyasına qadağa qoymaqdan imtina edib.

Yanvarın 3-də həmin instansiya  Ukrayna Dövlət Miqrasiya Xidmətinin Kiyev vilayəti üzrə İdarəsinin siyasətçinin əlavə mühafizə istəyən siyasi şəxs olaraq tanınması üçün tələb olunan sənədləri rəsmiləşdirməkdən imtina etməsinin tam qanuni olduğunu elan etmişdi.

Xatırladaq ki, Saakaşvili 2004- 2013 cü illərdə Gürcüstanın dövlət başçısı olub, sonradan isə ölkəni tərk edib. Vətənində ona qarşı bir neçə maddə üzrə cinayət işı açılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam