Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gül AKP-yə qayıdır

 

Səlahiyyət müddəti başa çatan prezident AKP-nin lideri və baş nazir vəzifəsinə iddialıdır

"Xeberinfo.com": Türkiyə prezidenti Abdulla Gül səlahiyyət müddətinin başa çatacağı 28 avqust tarixindən sonra hansı addımı atacağını açıqlayıb. 

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, A. Gül jurnalistlərə açıqlamasında Ədalət və İnkişaf Partiyasının (AKP) sıralarına dönəcəyini bəyan edib. 

A. Gül AKP-nin qurucusu olduğunu xatırladıb: “Bu partiyanın qurucusu, partiyadan seçilən ilk baş nazir və ilk prezidentəm. Partiyaya qayıtmağım çox təbiidir. Prezidentlik müddətim yekunlaşdıqdan sonra şübhəsiz ki, partiyama dönəcəyəm. İnanıram ki, Türkiyə güclənərək yoluna davam edəcək”.  

A. Gül bu açıqlaması ilə AKP-nin lideri və baş nazir vəzifəsinə iddiasını ilk dəfə açıq şəkildə ortaya qoymuş olub. 

Xatırladaq ki, avqustun 10-da keçirilən prezident seçkilərində baş nazir Rəcəb Tayyib Ərdoğan qalib gəlib. Ölkə Konstitusiyasına əsasən prezident partiya üzvü ola bilməz. Bu səbəblə R. T. Ərdoğan prezident səlahiyyətlərini icra etməyə başladıqdan sonra AKP özünə yeni lider seçməli olacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam