Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Prezident vidalaşdı

 

 

       Vida görüşü keçirən Gül prezident üsul-idarəsinə qarşı olduğunu bildirib

 

      "Xeberinfo.com": Türkiyə prezidenti Abdulla Gül avqustun 19-da axşam Ankarada QHT nümayəndələri, iş adamları, sənətçilər, idmançılar və media təmsilçiləri ilə vida görüşü keçirib. 
    APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Çankaya köşkündə keçirilən vida ziyafətində A. Gül önəmli açıqlamalarla çıxış edib.
 
     Prezident kreslosunu Rəcəb Tayyib Ərdoğana təhvil verməyə hazırlaşan A. Gül Ədalət və İnkişaf Partiyasının (AKP) liderinin və yeni baş nazirin Əhməd Davudoğlu olduğunu açıqlamaqla bərabər, narazılığını da dilə gətirib: “Demokratik rejimlərin ən yaxşı tərəflərindən biri dönəmlərin olmasıdır, vəzifəni yerinə yetirirsən və gedirsən. Hayrunnisa xanım burada səliqə-səhman yaratmaq üçün çox çalışdı, buraları yenidən yaratdı. Hərdən deyirdim ki, çox can yandırırsan, mən kral deyiləm, bir gün gedəcəyəm, onda üzüləcəksən. O da mənə deyirdi ki, gedərkən buraları gözəl buraxıb gedək. Vədəmiz yetişdi, böyük bir şərəf və qürurla buradan ayrılırıq”.
 
A. Gül 2007-ci ildə prezident olarkən ölkədə bəzi dairələrin buna kəskin etiraz etdiyini, dini radikalizmin güclənəcəyini və dünyəvi dövlət təhlükə yaranacağını söyləyənlər olduğunu xatırladıb: “Lakin mən siyasi kimliyə malik bir şəxs olaraq gəlsəm də, Konstitusiyaya uyğun olaraq siyasi mənsubiyyətimi bir kənara qoyub tərəfsiz oldum. İndi prezidentlik müddətim başa çatdıqdan sonra yenidən qurucusu olduğum partiyaya qayıtmağımdan daha təbii bir şey ola bilməz. Lakin bizim cinahdan da mənə qarşı xeyli hörmətsizlik edənlər oldu. Bunların hamısını izlədim”.
 
A. Gül R. T. Ərdoğandan fərqli olaraq, prezidentlik üsul-idarəsinə tərəfdar olmadığını da vurğulayıb: “Parlamentar sistemə tərəfdar olduğunu daha əvvəl söyləmişdim”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam