Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Ukrayna münaqişəsində ölənlərin sayı 6 mini ötüb"

BMT: Ukrayna münaqişəsində ölənlərin sayı 6 mini ötüb

 

 

Ukraynanın şərqində hökumət qüvvələri ilə separatçılar arasında baş verən toqquşmalarda həlak olanların sayə 6 mini ötüb.
"Xeberinfo.com":  APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin yeni hesabatında bildirilir.
 
Bununla belə? dəqiq rəqəm hələlik məlum deyil, münaqişə qurbanlarının sayının artacağı ehtimal olunur.
 
“Bu il yanvarın ortalarından fevralın ortalarına qədər olan müddətdə baş verən toqquşmaların qurbanlarının sayı hələlik dəqiqləşdirilir. 2014-cü ilin aprelindən - münaqişənin əvvəlindən 19 mart 2015-ci ilə qədər 6072 nəfərin həlak olduğu qeydə alınıb. 15 345 nəfər isə münaqişə zonasında yaralanıb”, - deyə sənəddə bildirilir.
 
Bundan əvvəlki - 12 mart 2015-ci ilə olan hesabatda ölənlərin sayının 5 943 nəfər, yaralılarının sayının isə 15 309 nəfər olduğu açıqlanmışdı.
 
Sonuncu hesabata görə, münaqişə nəticəsində 1,1 milyon nəfər məcburi köçkün vəziyyətinə düşüb. Bununla belə, sənəddə qeyd olunur ki, son həftə ərzində yeni köçürülmə halları iki dəfə azalıb, insanlar öz evlərinə qayıtmağa üstünlük verirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam