Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Putin bu təyyarə ilə çox uzağa getdi“

 

ABŞ-ın vəzifəli rəsmiləri Malayziya sərnişin təyyarəsinin vurulmasına görə birbaşa ittihamdan hələlik çəkinsələr də Ukraynada ümumi vəziyyətin gərginləşməsində Kremli günahlandırırlar

 

"Xeberinfo.com": Ağ Ev bildirib ki, bu faciə Rusiyanın separatçılara birbaşa dəstək verməsinin nəticəsidir və Kreml konkret addımlar atmağa məcbur edilməlidir.
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton isə təyyarənin vurulmasında rusiyayönlü qiyamçıları ittiham edib və bildirib ki, "Putinə çox uzağa getməsi barədə xəbərdarlıq verilməlidir və biz hərəkətsiz dayana bilmərik".
H.Klinton Amerikanın PBS xəbər şəbəkəsinə verdiyi müsahibədə deyib ki, bu hündürlükdə uçan təyyarəni vurmaq sadə bir əməliyyat deyil. Burada xüsusi raket qurğuları və bu qurğulardan peşəkar istifadə edə bilən şəxslər olub. O, həmçinin Malayziya Hava Yollarına məxsus "Boeing-777" təyyarəsinin vurulmasının öncədən planlaşdırıldığına işarə edib.
Rəsmi Kiyev də təyyarənin vurulmasında birbaşa separatçıları ittiham edir.
Xanım Klinton deyib ki, bu, Avropa reysi olub və Avropa paytaxtları öz dərin hiddətlərini nümayiş etdirməlidir.
Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda təyyarənin vurulmasında Moskva birbaşa ittiham olunmur, lakin bildirilir ki, bu hadisəyə Ukraynada Rusiya tərəfindən qızışdırılıan münaqişə kontekstində baxılmalıdır.
Bəyanatda deyilir ki, Ukrayna separatçılarını silah, sursat və təlimlə təchiz edən məhz Kremldir.
Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Barak Obama bildirib ki, təyyarənin vurulması ilə bağlı insidentin araşdırlmasında Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası NTSB (National Transportation Security Board) birbaşa iştirak edəcəklər.
Rusiyayönümlü separatçılar isə təyyarəni regionda onlara qarşı anti-terror əməliyyatı aparan Ukrayna ordusunun vurduğunu iddia edir.

 

Rusiya prezidenti V.Putin isə konkret ad çəkməsə də bölgədə gedən qarşıdurmanı günahlandırıb ki, bu toqquşmalar olmasaydı, Malayziya təyyarəsi də vurulmazdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam