Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Böyük beşlik Rusiyaya qarşı yeni sanksiyalara razılaşdı

 

 

 

    "Xeberinfo.com": ABŞ, Britaniya, Fransa, Almaniya, İtaliya liderləri iyulun 28-də telefonla danışıblar və Rusiyanın Ukraynadakı roluna görə Rusiyaya qarşı yeni sanskiyaların olmasına razılaşıblar.

Fransa prezidentinin ofisi bəyanat yayıb ki, 5 lider Rusiyaya qarşı yeni tədbirlər niyyətini təsdiqləyib. Bu yeni sanskiyaların nədən ibarət olması barədə heç nə deyilmir.

Fransa prezidentinin ofisinin bəyanatında o da deyilir ki, liderlər Rusiyanın separtaçı yaraqlılara hərbi dəstək verib-vermədiyini izləyəcəklər.

 

Putinin komandasında qarşıdurma

 

Almaniyanın Der Spiegel nəşri Malayziya təyyarəsinin vurulmasından sonra Rusiyanın üzləşdiyi sanksiyaların bu ölkəyə yaradacağı problemlərdən yazıb. Nəşrin yazdığına görə, Avropa ölkələri sanksiya tətbiq etmək niyyətindən dönməsə, Rusiyanın və Putinin vəziyyəti çətinləşəcək.

«Bu həftənin sonlarında Avropa ölkələri Rusiya banklarına, konserlərinə və ayrı-ayrı şəxslərə qarşı sanksiyalarla bağlı rəsmi qərar qəbul edəcək. Yay tətillərinə baxmayaraq Almaniya hökuməti Brüsseldə AB-nin növbədənkənar sammitinin çağırılacağına da ümid edir. Böyük ehtimalla beynəlxalq arenada Putinə əlcək atmaq istəyirlər», - deyə nəşr yazıb.

Bu arada Almaniya Federal Kəşfiyyat Xidməti Rusiya rəhbərliyində sərt kurs tərəfdarları ilə iqtisadi dairələrin nümayəndələri arasında Putinə təsir uğrunda sərt qarşıdurmanın əlamətlərinin göründüyünü iddia edir. BND-də ehtimal edirlər ki, Avropa Birliyinin sanksiyalarının təsiri altına düşən oliqarxlar yaxın vaxtlarda siyasi və iqtisadi tələblər irəli sürürək Putini dayandırmağa çalışacaq.

ABŞ kəşfiyyatı iyulun 27-də Rusiya ordusunun Ukrayna qüvvələrini raket atəşinə tutumasına dair fotolar yayıb. ABŞ Milli Kəşfiyyat idarəsi rəhbərinin adından yayılan fotolar iyulun 21-26-da çəkilən peyk görüntüləridir.

Yayılan rəsmi məlumatda deyilir ki, Rusiya ərazisindən Ukrayna ordusunun mövqeləri davamlı şəkildə Qrad raketləri və özüyeriyən artilleriya qurğularından atəşə tutulur.

Hələlik bu fotolara Rusiya tərəfdən bir reaksiya məlum deyil, amma Moskva tez-tez Ukraynanın şərqində silahlı separatçılara dəstək verməsinə dair ittihamları rədd edir.

 

Rusiya Ukraynadan süd idxalın dayandırdı

 

Rusiya Ukraynadan süd və süd məhsullarının idxalına qadağa qoyub. RF-nin kənd təsərrüfatı nazirinin müavini Aleksey Aleksenko bildirib ki, guya artıq bir neçə ildir ki, Ukraynadan gətirilən məhsulların tərkibində pozuntu aşkar edilibb. Rusiyanın qadağası bundan başqa Ukrayna istehsalı olan təbii şirələr, konservlərə də şamil edilir.

 

«Rusiyaya qarşı sanksiyalar Almaniyanın maraqlarından öndədir»

 

Almaniyanın maliyyə naziri Volfqanq Şoyble hesab edir ki, Berlinin iqtisadi maraqları Rusiyaya qarşı sanksiya məsələsində ikinci dərəcəlidir. Nazir əsas prioritet kimi sülhün və stabilliyin təmin edilməsini görür. 

Şoyblenin fikrincə, iqtisadi inkişaf üçün ən böyük təhlükə sülh və stabilliyinə vurulan zərbədir: «Moskvada heç kim düşünməməlidir ki, Rusiyanın bu hərəkətləri uğurla nəticələnəcək».

Nazir həmçinin Rusiiyaya qarşı sanksiyaların nəticə verdiyini də qeyd edib. «Rubl dəyərdən düşür, Rusiyada büdcə kəsiri artır, iqtisadi proqnozlar pisləşir. Bunu Rusiya prezident idə görür», - deyə maliyyə naziri qeyd edib. 

 

Ukraynada vurulan "Boeing"ə görə Putini məhkəməyə verirlər

 

Britaniyadan olan hüquqşünaslar Ukrayna səmasında Malaziyaya məxsus təyyarənin vurulması ilə bağlı Rusiya prezidenti Vladimr Putinə qarşı milyonlarla məhkəmə iddiası hazırlayırlar. Bu barədə “The Sunday Telegraph” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, “McCue & Partners” hüquq firmasının nümayəndələri artıq Kiyevdə olublar və dəlillər toplusu barədə müzakirə aparıblar. Həmçinin təyyarə qəzasında ölənlərin yaxınların da məhkəmə iddialarına qoşulmaları təklif olunur.

Məlumatı qəzetə verən məbə deyib ki, mülki işlərdə dəlillərin az olması da məqbuldur. Buna görə də rəsmi istintaq cavab verməsə belə, məhkəmə qərarının çıxarılması mümkündür.

 

Xatırladaq ki, vurulan Malaziya təyyarəsinin qara qutusu da oxunmaq üçün Britaniyaya aparılıb.

Bu arada ABŞ-ın “CBS News” telekanalı xəbər verib ki, təyyarənin “qara qtusu” oxunub. Telekanal bildirib ki, “qara qutu”nun dərc olunmamış məlumatında təyyarənin raketlə vurulduğu təsdiqini tapır. “Qara qutu” qeydə alıb ki, təyyarə partlayan raketin qəlpələrindən deşik-deşik olub.

“Raket hansı məqsədlə hazırlanmışdısa, onu da edib – təyyarəni vurub”, - deyə telekanal uçuşlarda təhlükəsizlik üzrə avropalı məmurlardan birindən sitat verib. Adı açıqlanmayan təhlükəsizlik məmuru deyib ki, “qara qutu”nun qeydləri təyyarənin güclü partlayış nəticəsində yerə düşdüyünü təsdiqləyir.

 

Keçmiş müşaviri Putini ifşa etdi

 

Rusiya prezidenti Vladimir Putinin keçmiş müşaviri Andrey İllarionov Donetsk səmasında vurulan Boinq-777 təyyarəsi ilə bağlı şok açıqlamalar verib.

Axar.az xəbər verir ki, İllarionov təyyarənin vurulmasını planlaşdırılmış terror aksiyası kimi qiymətləndirib.

Onun sözlərinə görə, təyyarəni vuran “Buk” Pervomayskoe və Krasnıy Oktyabr qəsəbələrinin yaxınlığında yerləşdirilib. Həmin ərazilərə isə qondarma Donetsk Xalq Respublikası separatçıları nəzarət edirdi: “Buk-M1” zenit-raket kompleksi (ZRK) həmin gün döyüş hazırlığı vəziyyətinə gətirilib. ZRK-nın şəxsi heyətini isə hazırda Rusiya ordusunda xidmət edən hərbçilər təşkil edib. Atəş əmri isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahından gəlib. Bu raketin əsas xüsusiyyətlərindən biri odur ki, ondan yanlış atəş açmaq olmur. Əksər insanlar elə fikirləşir ki, təyyarə təsadüfən vurulub və onun yerinə Ukraynanın An-24 təyyarəsi vurulmalı imiş. Lakin An-24 və Boinq-777 taktiki-texniki xarakteristikalarına nəzər saldıqda aydın olur ki, bu iki təyyarəni bir-birilə qarışdırmaq qeyri-mümkündür”.

“Niyə məhz MH17?” – İllarionov sual qoyur və cavab verir: “Həmin vaxt raketin atıldığı istiqamətdə çoxlu sərnişin təyyarələri uçurdu. Hadisədən 20 dəqiqə əvvəl Münhen-Dehli, 1 dəqiqə əvvəl isə Kopenhagen–Sinqapur reysi o istiqamətdən uçmuşdu. Lakin məhz MH17 reysi seçildi. Çox düşünülmüş plan idi. Bunun həyata keçirilməsi üçün ilk növbədə cənub və şərq istiqamətində uçan Rusiya, MDB ölkələri, ABŞ, Almaniya, Fransa və digər ölkələrin təyyarələri ayrılmalı idi. Qurban olaraq ya Varşava, ya da Amsterdam istiqamətində uçan təyyarə seçilməliydi. Varşavadan gələn təyyarənin vurulması polyaklara qarşı növbəti terror aksiyası törətdiyi üçün Kreml rəhbərliyini çətin vəziyyətdə qoya bilərdi. Geridə isə bir reys qalırdı – Amsterdamdan uçan MH17. Adətən onun marşrutu cənub istiqamətindən keçir. Rusiya hökuməti həmin istiqamətdə 12 hava dəhlizini bağlayaraq pilotlara yalnız Torez və Snejnoye istiqamətini saxlayıb. Orada isə təyyarəni “Buk-M1” zenit-raket kompleksi gözləyirdi”.

İllarionov bildirib ki, planın əsl məqsədi məhv edilməkdə olan “Novorossiya layihəsi”ni xilas etmək olub: “Rusiya ikinci Krım əldə etməyə ümid edirdi, lakin Ukrayna ordusunun güclü müqaviməti ilə qarşılaşdı. “Novorossiya layihəsi”nin xilası üçün Ukrayna ordusunun ölkənin şərqində hərbi əməliyyatlarını dayandırmaq lazım idi. İyulun 17-dək müxtəlif variantlar tətbiq olunmuşdu: separatçıların hərbi müqaviməti, diplomatik təzyiq. Lakin bütün bunlar yetərsiz idi. Avropa cəmiyyətini şoka salıb, onları Ukrayna hakimiyyətinə təzyiq edərək ölkənin şərqindəki hərbi əməliyyatları dayandırmağa səsləyən bəyanatlar verməyə məcbur edə biləcək yeni üsul lazım idi. ”Amsterdam reysi” əməliyyatının uğurla başa çatmasından sonra “Sülhməramlı” əməliyyatının həyata keçirilməsinə başlandı. Terror aksiyasından sonra “Sülhməramlı” əməliyyatının müəllifi (Vladimir Putin nəzərdə tutulur - red) ABŞ prezidenti Barak Obama ilə əlaqə saxlayaraq onu faciə ilə bağlı məlumatlandırdı. Son günlər onun bütün fəaliyyəti (müxtəlif ölkələrin liderləri ilə telefon danışıqları, çıxışlar, 1 dəqiqəlik sükut) Ukrayna tərəfinin hərbi əməliyyatları dayandırmasına yönəlmişdi. Artıq Avropa və ABŞ ictimaiyyəti öz hökumətlərindən Ukraynada hərbi əməliyyatların dayandırılması istiqamətində addımlar atmağı tələb edirdi. Çoxları təyyarənin vurulmasında separatçıları günahlandırırdı. Lakin faktlar ortaya çıxandan sonra məlum oldu ki, onların özlərini də məcbur ediblər. MH17 separatçılar tərəfindən vurulmayıb. Bezlerin (separatçıların lideri) hesabatı qəsdən verilmişdi ki, Ukrayna Təhlükəsizlik Xidməti onun səsini tutsun və dünyaya çatdırılsın ki, təyyarəni Rusiya yox, separatçılar vurub. Amma Bezlerin özü onun Moskvadakı kuklaoynadanından fərqli olaraq sərnişin təyyarəsinin vurulmasından şoka düşmüşdü”.

 

NATO-ya Rusiya əleyhinə dəlillər verildi

 

Amerika Birləşmiş Ştatları NATO-ya Rusiya ərazisindən Ukraynadakı hədəflərə raketlər atıldığını göstərən dəlillər təqdim edib. Bu barədə “RİA Novosti” agentliyi NATO-dakı mənbəyə istinadla xəbər yayıb. Mənbə deyib ki, NATO təqdim olunan dəlilləri əsaslı sayır.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf bəyan etmişdi ki, əllərində Ukrayna hərbçilərinin mövqelərinə hücum təşkil etmək üçün Rusiyanın öz ərazisindən artileriya atəşi həyata keçirdiyinə dair sübutlar var. O zaman Rusiya XİN bu açıqlamanı yalan adlandırmışdı.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam