Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“ABŞ Putini devirməyi çox istəyir”

 

 

      ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer CNN telekanalının populyar tok-şousunda iştirak edib.
    "xeberinfo.com"  ABŞ mətbuatına istinadən xəbər verir ki, H.Kissincer həmin verilişdə Ukraynadakı son hadisələri şərh edərkən sensasion açıqlamalar verib.
    “Ukrayna mahiyyət etibarilə parçalanıb. Bu ölkənin şərq hissəsi pravoslavdır və Rusiyaya meyl edir. Qərb hissəsi isə katolikdir və qərbpərəstdir. Ona görə də hesab edirəm ki, Ukrayna ilə bağlı fikir və rəylər bərabər şəkildə iki yerə bölünüb. Ukraynada qarşı-qarşıya dayanan tərəflərə gəlincə isə məndə belə bir təəssürat yaranıb ki, hər tərəfin mövqeyində həm demokratiya, həm də oliqarxiya elementləri var. Və mən Ukraynanın indiki prezidenti Viktor Yanukoviçi tərtəmiz rusiyapərəst lider sayıram” - deyə H.Kissincer bildirib.
     Sabiq dövlət katibi Rusiyanın Ukraynadakı vəziyyətə müdaxiləsinə münasibət bildirərkən prinsipcə açıq mətnlə bəyan edib ki, ABŞ Rusiya prezidenti Vladimir Putinin devrilməsini çox istəyərdi: “Putin bu məsələdə bizim Moskvada etmək istədiklərimizin baş məşqini görür”.
Henri Kissincer
    H.Kissincerin sözlərinə görə, Rusiya ilə qalan dünya, Rusiya ilə Qərb arasında münasibətlərin qurulması hələ də nəhəng problem olaraq qalır. Çünki Rusiya özünün bütün tarixi boyunca imperiya olub və bu ölkənin özünüdərk fəlsəfəsi yalnız imperiya təfəkkürünə və imperiyanın nailiyyətlərinə əsaslanır: “Rusiya Çinlə həmsrəhəddir. Bu - strateji cəhətdən dəhşətlidir. Rusiya İslam dünyası ilə həmsərhəddir. Bu da ideoloji baxımdan fəlakət və dəhşətdir. Və Rusiyanın həm də Avropa ilə sərhədləri var. Bu sərhədlər tarixən həmişə sürüşkən olub”.
   “SSRİ-nin qəbirqazanı” adını qazanmış nüfuzlu ABŞ siyasətçisi və diplomatı daha sonra bildirib: “Digər tərəfdən, Rusiya hökmdarları bütöv bir tarix boyunca özlərinin bu sərhədlərdən kənardakı, xaricdəki rollarının böyük və əvəzedilməz olması barədə təsəvvürlər yaratmaqla idarə ediblər. Özünü xaricdə əzəmətli və qorxunc göstərməklə, eyni zamanda böyük güzəştlərin də də mümkün və lazım olduğunu anlamaqla ölkənin əl-ayağını necə bir yerə yığmaq olar? Məncə, Putinin üzləşdiyi ən əsas çətinlik də elə budur. Rusiyanı mühasirəyə alınmış qala vəziyyətinə gətirmək, bununla da rusları nəyə qadir olduqlarını sübut etməyə məcbur etmək həddinə çatdırmaq bizim maraqlarımız daxilində deyil”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam