Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Rusiya xüsusi xidmət orqanları ABŞ-dan fərqli olaraq vətəndaşlarını dinləmir" -Vladimir Putin

 

e1b7956e-2944-487d-ab95-076c30025184_292

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiya ərazisində kəşfiyyat fəaliyyəti həyata keçirməsinə qarşı olmadığını, amma müttəfiqlərə qarşı casusluq etməyin nalayiq hərəkət olduğunu bildirib.

Yenixeber.org:   “İnterfaks”a istinadən xəbərə görə, bu barədə V.Putin “Showtime” kanalında göstərilən tanınmış rejissor Oliver Stouna müsahibəsində bildirib.

O, bu cavabı rejissorun ABŞ-ın çox güman Rusiya ilə bağlı kəşfiyyat həyata keçirəcəyinə dair atmacasının cavabında verib.
Eyni zamanda, onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları vətəndaşlarını izləmir və dinləmir, ABŞ-dan fərqli olaraq, Rusiyanın bu cür texniki imkanları yoxdur.
“Bizim belə texniki imkanlarımız yoxdur. Bu cür kütləvi əhatə dairəsi, şəbəkəmiz yoxdur. Bunu sizə tam məsuliyyətlə deyirəm”, – V.Putin bildirib.
Rusiya prezidenti, həmçinin ölkəsinin xüsusi xidmət orqanlarının müxtəlif dini konfessiyaların nümayəndələri haqqında heç bir məlumat toplamadığını vurğulayıb.
“100% belə şey yoxdur. Bizdə heç vaxt İslam, xristianlıq, yəhudilik arasında münaqişə olmayıb. Özü də İslam icmasının nümayəndələri də Rusiya vətəndaşlarıdır. Onların bir vətəni var – Rusiya”, – V.Putin xüsusi xidmət orqanlarının müsəlmanlar barədə məlumat toplamasıyla bağlı sualın cavabında deyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam