Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ “Əl – Qaidə” ilə bağlı yalançı videoroliklərin hazırlanmasını sifariş verib – ŞOK İDDİA

 

iraq-saxta

ABŞ “Əl-Qaidə”yə aid saxta videorolik istehsalı üçün 500 milyon dollar pul ödəyib.

Xeberinfo.com:   Bu barədə Böyük Britaniyanın “İntependent” qəzeti sensasiyalı məlumat yayıb. Məlumatda deyilir ki, “Bell Pottinger” PR şirkəti terrorçu elan edilən “Əl-Kaida”ya aid saxta videosujetlər çəkərək qiyamçı dəstələri mənfi yöndə göstərib.

Jurnalist Tədqiqatları Bürosu bəyan edib ki, “Bell Pottinger” şirkəti 2004-2011-ci illərdə İraq müharibəsi zaman ABŞ-ın Bağdadda olan yüksək rütbəli hərbçiləri ilə işləyib. Agentliyə televiziya seqmenti üçün qərəzsiz ərəb xəbərləri stilində sujet hazırlamaq, “Əl-Qaidə”nin partlayış videoları kimi təqdim olunan rolikləri çəkmək sifariş edilib.

Bu foto və videolar 10 il əvvəl İraq qəzetlərində və telekanallarda yerləşdirlib. “Los Angeles Times” qəzetinin məlumatlarına görə, bu məqalə və sujetlər İraqdakı qiyamçı qrupların fəaliyyətini pisləmək üçün istifadə olunub.

“Bell Pottinger”in sabiq sədri Lord Tim Bell və Pentaqon belə müqavilənin olduğunu təsdiq edib. Pentaqon israr edib ki, bu addım informasiya əməliyatı çərçivəsində atılıb və bütün materiallar “düzgün olaraq” yayılıb.

“Bell Pottinger”in video roliklər üzrə sabiq redaktoru Martin Uelles bildirib ki, onlara “Əl Qaidə” barədə saxta təbliğat filmlərini necə istehsal etmək barədə konkret instruksiya verilirdi: “Biz belə stildə videolar hazırlayarkən “Əl-Qaidə”nin kadrlarından istifadə etməliyidik”.

Lord Bell deyib ki, onlar İraqda situasiyanın aydınlaşması üçün çox iş görüblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam