Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Jirinovski: “Azərbaycan bizə lazım deyildi” – VİDEO

 

img2192741

Postsovet məkanında olan bütün tanınmamış respublikaları yemləməkdənsə, onları Rusiyanın tərkibinə qatmaq lazımdır.

Xeberinfo.com:   Məlumata görə, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, Dnestryanı mütləq şəkildə “Krım vilayəti”nin tərkibinə daxil edilməlidir.
O, həmçinin Abxaziyanın Krasnodar əyalətinə, Cənubi Osetiyanın isə Şimali Osetiyaya birləşdirilməsi gərəkdiyini bildirib:
“Bizim bütün dünyaya verdiyimiz pulları geri qaytarın. Biz dünyada ən varlı ölkəyik. Gürcüstan özü bizim yanımıza gəldi. Gürcüstan rus çarından özü xahiş etdi və I Aleksandr onlarla görüşə getdi. Bizə nə Gürcüstan, nə Azərbaycan, nə də Ermənistan lazım idi. Mərkəzi Asiyanın da bizə ehtiyacı vardı. Onlar Əfqanıstan olmaq istəmirdilər. Onlar maksimal azadlıq aldılar. Onlar rusları sevirlər”.
Qeyd edək ki, Azərbaycan ərazisi Rusiya imperiyası tərəfindən ilk dəfə 19-cu əsrin birinci yarısında işğal edilib. Uzun illər Rusiyanın tabeliyində qalan Azərbaycan 1918-ci il mayın 28-də Xalq Cümhuriyyətinin yarandığını elan edib.
Ancaq iki il sonra – 1920-ci il aprelin 28-də Sovet Rusiyası tərəfindən yenidən Azərbaycan işğal edilib.

1991-ci ildə Azərbaycan növbəti dəfə müstəqilliyinə qovuşub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam