Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Türkiyə hədəflərinə doğru addım-addım irəliləyir”

erdogan

Bu körpü dünyada bir çox filmlərə səhnə olacaq və biz bununla fəxr edəcəyik

 “Bu millət nəyə layiqdirsə, onların hamısı olacaq. Çünki müasir mədəniyyətlər səviyyəsinin üstünə çıxmaq sözlə olmur, konkret işlə olur.”

Xeberinfo.com:   “Anadolu”ya istinadən xəbərə görə , bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində Avropa və Asiya qitəsini üçüncü dəfə bir-birinə birləşdirən “Asma körpü”nün açılışı mərasimində deyib.
Onun sözlərinə görə, bu körpü həm təkərli, həm də relsli sistemin birlikdə təmin olunması baxımından öz sahəsində dünyada qabaqcıl bir körpüdür. Hazırda iftixarla gördüyümüz bu körpü inşallah dünyada bir çox filmlərə səhnə olacaq və biz bununla fəxr edəcəyik.

R.T.Ərdoğan İstanbul kanalının çəkilişinin başa çatmaq üzrə olduğunu söyləyib: “İndi Çanaqqala körpüsünün də hazırlıqlarını edirik. İnşallah bütün bunlarla birlikdə dünyada Türkiyə fərqli bir mövqeyə çatacaq. Türkiyə hədəflərinə doğru addım-addım irəliləyir. İqtisadiyyatda bütün göstəricilər bütün çətinliklərə baxmayaraq, müsbət istiqamətdə davam edir.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam