Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ermənistandan icazə almağa məcbur deyilik”

 

Çanaqqala tədbirlərini keçirmək üçün Ermənistandan icazə almağa məcbur deyilik.
"Xeberinfo.com":  SalamNews-un “Akşam”a istinadla verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın “France 24” xəbər kanalına verdiyi müsahibəsində bildirib.
Türkiyə ilə Ermənistan arasındakı problemlərlə bağlı ölkəsinin hər zaman müsbət addım atan tərəf olduğunu, Ermənistanın isə bu məsələdə heç bir müsbət addım atmadığını qeyd edən R.T.Ərdoğan deyib: “Biz sülh üçün hər zaman əlimizi uzatmışıq, lakin onlar əlimizi sıxmayıblar.”
Bu il Çanaqqala döyüşlərinin 100-cü ildönümünün qeyd edildiyini xatırladan Türkiyə lideri ölkəsindəki mərasimlərin Ermənistandakı mərasimlərlə bir əlaqəsi olmadığını vurğulayıb:“Tam əksinə, Ermənistan tədbirlərini Türkiyədəki tədbirlərə görə uyğunlaşdırıb. Bu tədbirləri keçirmək üçün Ermənistandan icazə almalı deyilik! Bu, tarixdə yer alan bir gündür.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam