Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Gəlin polislərə dəstək olaq, çünki işləri çoxdur” -Ziyafət Əsgərov

“Gəlin polislərə dəstək olaq, çünki işləri çoxdur” -

 

Millət vəkili Zahid Oruc parlamentdə çıxışında Miqrasiya Məcəlləsinə bəzi dəyişikliklərin edilməsini təklif edib. 

Yenixeber.org:   Məlumata görə, Z. Oruc çıxışında vurğulayıb ki, Türkiyədə Azərbaycan qadınları ailə qurduqdan sonra Azərbaycan vətəndaşlığından məhrum edilirlər. Çünki qanunvericilyimiz  ikili vətəndaşlığı qadağan edir.  Həmin şəxslər də sonradan müəyyən problemlərlə üzləşəndə Azərbaycanın vətəndaşlıq hüququndan istifadə edə bilmirlər. “Biz 2014- cü ildə miqrasiya qanunvericiliyini sərtləşdirdik, ona qədər isə qanun daha liberal idi.  Nəzərinizə çatdırım ki, həmin azərbaycanlı qadınlar problemlə üzləşəndə insan alveri cinayətkarlarının daha asan qurbanına çevrilirlər. Ona görə də, Miqrasiya Məcəlləsinə yenidən baxmağı təklif edirəm”.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə deputatın fikirləri ilə razılaşmayıb: “Zahid müəllim, siz tez-tez çıxışlarınızda “məhrumetmə” sözlərini işlədirisiniz. Ona görə də məcburam ki, sizə cavab verim. Çünki Konstitusiyaya görə, heç kim vətəndaşlıqdan məhrum edilə bilməz. Sadəcə “Vətəndaşlıq haqqında” qanuna görə kimsə başqası ilə evlənirsə, onun  vətəndaşlığı itirilir. Belə ki, Azərbaycandan gedirsə, avtomatik olaraq onların vətəndaşlığı aradan qaldırılır, ancaq məhrum edilmir. Gəlin çıxışlarımızı elə edək ki, polisə dəstək olaq. Çünki polisin işi çoxdur və o bir çox sahələrə qarşı mübarizə aparır. Hər şeyi onların üzərinə atmaq olmaz. Ona görə çıxışlarımızda yenilik olsa yaxşı olardı”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam