Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Emin Hüseynov İsveçrədən siyasi sığınacaq istədi

 

Bu günlərdə Bakıda gizləndiyi İsveçrə səfirliyindən çıxarılan və bu ölkəyə aparılan Emin Hüseynov siyasi sığınacaq istəmək qərarına gəlib

"Xeberinfo.com":   Azərbaycan prezidenti İlham Əliyevin humanist jesti sayəsində ölkəni tərk edən Emin Hüseynov İsveçrənin “Rundschau” qəzetinə və SRF telekanalına müsahibəsində bu barədə bildirib.
“İndiki şərtlərdə, mənim üzləşdiyim situasiyada ən düzgün addım İsveçrədən siyasi sığınacaq istəməkdir”- deyə E.Hüseynov bildirib.
Xatırladaq ki, Reportyorların Azadlığı və Təhlükəszliyi İnstitutunun rəhbəri olan E.Hüseynov “Bakı-2015” I Avropa Oyunlarının açılış mərasiminə qatılan İsveçrə xarici işlər naziri Didye Burkhalterin təyyarəsində bu ölkəyə gedib.
Daha sonra məlum olub ki, Emin Hüseynovun ötən ilin avqustundan gizləndiyi İsveçrə səfirliyini iki ölkə rəhbərliyi arasında əldə olunmuş centlmen razılaşması sayəsində tərk edə bilib.
Razılaşmaya əsasən İsveçrə Emin Hüseynovun aldığı qrantlardan gizlətdiyi vergilərin hamısını onun əvəzindən Azərbaycan büdcəsinə ödəyib. Həmçinin E.Hüseynovun müraciəti əsasında o, Azərbaycan vətəndaşlığından məhrum edilib. İsveçrə isə E.Hüseynova sentyabr ayına qədər bu ölkədə qalmağa icazə verən viza açıb.
Razılaşmaya əsasən E.Hüseynov anti-Azərbaycan kampaniyasında iştirak etməməli idi. Ancaq o, İsveçrəyə gedəndən bir neçə gün sonra bu razılaşmanı pozub və CNN telekanalına müsahibə verərək Azərbaycanın ünvanına ittihamlar səsləndirib.(virtual.org)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam