Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Azərbaycanda “nurçu” əməliyyatı niyə dayandı?

 

"Xeberinfo.com": Bir müddət öncə “nurçu” məsələsi ölkə gündəmini zəbt etmişdi. Hər gün hansısa vəzifəli şəxsin “nurçu” mənsubiyyətinə görə işdən edildiyini, “nurçu”lara məxsus dərsanələrin bağlandığını, sıravi “nurçu”ların həbs olunduğunu eşidirdik. Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanın Bakı səfəri də məhz bu məsələnin müzakirəsinə həsr olundu və İlham Əliyevə “nurçu dosyesi” təqdim edildi. 

 

 Hətta Türkiyə baş naziri bildirdi ki, hökumətlərimiz arasında problem yarada biləcək bütün məsələləri müzakirə etdik və razılığa gəldik. İlham Əliyevə “nurçu dosyesi”nin verilməsi, rəsmi mətbuat tərəfindən də təkzib edilmədi. Ərdoğanın səfərindən sonra da “nurçu”luqda adı hallananların bir neçəsinin “vurulması” müşahidə edildi.

Ancaq son aylar “nurçu əməliyyatı” tormozlanıb və sanki bu mövzu gündəmdən tamamən çıxıb. Bəzi ekspertlər “nurçu ovu”nun dayandırılmasını Israil faktoru ilə, bəziləri Gülən şəbəkəsinin ciddi təzyiqi ilə, bəziləri də hakimiyyətin özünün müəyyən tərəddüdləri ilə izah edir.

“Qafqazinfo” xəbər verir ki, siyasi ekspert Elxan Şahinoğlu  açıqlamasında “nurçu əməliyyatı”nın dayandırılmasının siyasi səbəblərinin olduğunu və bu prosesin davam edəcəyini bildirib: “Bu sirr deyil ki, 2 ölkə arasında ”nurçu" məsələsi əsas müzakirə mövzusu olub və baş nazirin səfərində də bu özünü göstərdi. Son günlər Türkiyənin daxili işlər nazirinin Bakı səfəri də ondan xəbər verir ki, bu məsələ Ankaranın diqqət mərkəzindədir və Azərbaycan hakimiyyətinin müəyyən addımlar atmasını istəyirlər".

Ekspert onu da əlavə etdi ki, Azərbaycan tərəfi müəyyən addımlar atıb, indiki mərhələdə isə, araşdırma aparılır: “Hakimiyyət adı çəkilən şəxslərlə bağlı müəyyən müzakirələr aparır, qərarlar verilir, hərtərəfli araşdırmalar aparır. Digər tərəfdən, bu məsələdə adı hallanan şəxlər var ki, onların son vaxtlar fəaliyyətində geriləmə müşahidə olunur. Məsələn, bu məsələdə adı çox hallanan PA-nın Strateji Araşdırmalar mərkəzinin rəhbəri Fərhad Məmmədovdur. Əvvəllər bu qurum böyük konfranslar, seminarlar keçirərdi, xarici səfərlər təşkil edilərdi. Indi isə belə fəaliyyətlər müşahidə olunmur və hər an hansısa qərarlar verilə bilər. 

Eyni zamanda onu da qeyd etmək lazımdır ki, ölkə başçısı təzyiqlər altında qərar qəbul etmək istəmir. Əgər Türkiyə tərəfdən hansısa siyahı təqdim olunubsa, bunu tədricən etmək lazımdır. Çünki bütün əməliyyatlar eyni vaxtda həyata keçirilsə, bu prosesin Türkiyənin təzyiqi altında həyata keçirildiyi görüntüsü yaranar. Hesab edirəm ki, müəyyən fasilə olsa da, qarşıdakı mərhələdə yenidən bu prosesə start verilcək".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam