Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Fuad Ələsgərov “gülənçilər”i niyə qoruyur? - ŞOK İDDİA

fuad-aleskerov2Şöbə müdiri gerçək «gülənçi» axtarırsa, dövlət qurumlarına göz gəzdirsin

Xeberinfo.com:   Türkiyədəki hərbi çevrişilə cəhddən sonra Fətullah Gülən tərəfdarlarının zərərsizləşdirilməsi ilə bağlı addımların Azərbaycan hakimiyyətini narahat etdiyi barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, Azərbaycan “gülənçilər”in ciddi dayaqlarının olduğu ölkələrdən biridir. Xüsusilə hakimiyyət düşərgəsində Fətullah Gülənə bağlı olmaqda şübhəli bilinən xeyli məmur var. Bu iddianı bir neçə il əvvəl hakimiyyətin nəzarətində olan media orqanları da irəli sürmüşdü. Həmin vaxt hakimiyyət daxilində “nurçu qalmaqalı” ilə yadda qalan ziddiyyətlər baş qaldırmışdı.

Digər tərəfdən, Türkiyədə “Gülən əməliyyatı” başlayar-başlamaz bu ölkənin hüquq-mühafizə orqanları “SOCAR Türkiyə”ni hədəfə aldı. Şirkətin rəhbəri Sadəddin Qorqud və xeyli işçi həbs olundu. Bu fakt “gülənçilər”in SOCAR-da kök atdıqları barədə şübhələri artırdı.

Məlumatda həmçinin qeyd edilirdi ki, Türkiyə hakimiyyəti Azərbaycan iqtidarından “gülənçilər”lə bağlı təxirsalınmaz tədbirlər görülməsini tələb edir. Lakin hakimiyyət bu tələbi yerinə yetirməyə həvəsli görünmür. Əksinə, Türkiyə hakimiyyətini aldatmağa çalışır. Son günlər müxalifəti, daha dəqiqi AXCP və onun sədrini Əli Kərimlini Fətullah Gülənə bağlamaq cəhdləri müşahidə olunur. Bu məsələdə daha çox Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun nəzarətində olan media orqanları canfəşanlıq edir. AXCP və onun sədrinin Fətullah Gülənlə əlaqələri barədə iddiaların əsassız olduğunu isbat etməyə ehtiyac yoxdur. Bu, elə Əli Kərimlini Gülən məsələsində ittiham edənlərin də özünə bəllidir. Sadəcə guya ölkə başçısı Ilham Əliyevi vəziyyətdən çıxarmağa, fürsətdən istifadə edərək onun əsas rəqibini neytrallaşdırmağa çalışırlar. Amma bununla həm ölkəni gülüş obyektinə çevirir, həm də Gülən məsələsində prinsipial mövqe tutan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı aldatmağa cəhd etməklə iki ölkə arasındakı münasibətləri korlayır, Ilham Əliyevin özünü çətin vəziyyətdə qoyurlar.

Fuad Ələsgərov birinci dəfə deyil ki, ölkə başçısını çətin vəziyyətə salır. Bundan əvvəl də AXCP-ni parçalamaq üçün keçirdiyi “Razi əməliyyatı” ilə bütövlükdə hakimiyyəti gülüş hədəfinə çevirdi. Fuad Ələsgərov yaxşı hüquqşünas ola bilər, amma siyasətdə atdığı addımlar alınmır. Ona görə də yaxşı olar ki, şöbə müdiri öz səlahiyyətlərinə aid işlərlə məşğul olsa yaxşıdır. Məsələn, hüquq-mühafizə orqanlarında işgəncə faktları ilə bağlı şikayətlərin sayı-hesabı yoxdur. Niyə Fuad Ələsgərov vaxt tapıb bu şikayətləri araşdırmasın? Gülən məsələsi onun üçün daha cəlbecidirsə, o zaman qeyri-ciddi iddiaları nəzarətində olan media orqanlarında tirajlamaqdansa elə öz ətrafında, yəni Prezident Administrasiyasında, SOCAR-da və digər dövlət qurumlarındakı “gülənçilər”i sorğu-suala çəksin. Internet resurslarında axtarış verərsə, elə hökumətin nəzarətində olan media orqanlarında dövlət qurumlarındakı “gülənçilər”lə bağlı xeyli fakt tapa bilər…(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam