Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistan MTX xüsusi bəyanat yaydı: Yerevanda gərginlik artır - VİDEO


 

Ermənistan Milli Təhlükəsizlik Xidməti bu dəqiqələrdə xüsusi bəyanat yayıb.

Xeberinfo.com:   Virtualaz.org-un məlumatına görə, bəyanatda deyilir: "Silahlı qruplaşmanın cinayətkar davranışları getdikcə bütün sərhədləri keçərək daha təhlükəli xarakter alır.

Ermənistan Polisinin patrul-mühafizə alayının binasını nəzarətdə saxlayan silahlı qruplaşma üzvləri yeni cinayətlər törətməməklə bağlı çoxsaylı çağırışların əksinə olaraq hüquq-mühafizə orqanları əməkdaşlarının həyat və sağlamlığına qəsd etməyə, onların əmlakını məhv etməyə davam ediblər. Məhz onların hərəkətlərinin nəticəsi idi ki, iyulun 26-na keçən gecə atışma baş verdi və qan töküldü.

Cinayətkar qrupun niyyətləri və fəaliyyətləri barədə məlumatlı olduğumuz üçün xəbərdarlıq edirik: İnsanların həyat və sağlamlığına olan bütün təhdidlər qanuni cavab tədbirləri ilə dərhal neytrallaşdırılacaq”.

Ermənistan xüsusi xidmət qiyamçılar arasındakı söhbətin səsyazısını da yayıb.

*   *   *11:00

Bu gecə İrəvanda post-patrul polisi alayının binasını nəzarətdə saxlayan silahlı qrupla atışma baş verib.

Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, atışma zamanı silahlı qrupun üzvləri Aşot Petrosyan və Ovanes Arutyunyan yaralanıblar, onlar xəstəxanaya aparılıb.

Səhərə yaxın isə silahlıları dəstəkləyənlərdən Artur Sərkisyan avtomobilini ərzaqla dolduraraq polkun ərazisinə daxil olmaq istəyib. Lakin polislər hər tərəfdən onun avtomobilinə atəş açıblar. Buna baxmayaraq Artur yaraqlılara yemək çatdıra bilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam