Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Türkiyə mətbuatı: “İŞİD Azərbaycana çatdı”

 

Tükiyənin “Yeni Çağ” qəzeti “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının Azərbaycanda fəaliyyətini gücləndirdiyinə dair məqalə dərc edib.

"Xeberinfo.com":  Məlumata görə, məqalədə İŞİD-çilərin 90 faizinin Suriyaya Türkiyə üzərindən keçdiyi göstərilir.

Qəzet yazır ki, müxtəlif ölkələrdən öz sıralarına radikalları cəlb edən qanlı təşkilat İŞİD-in qolu Azərbaycana da uzanıb. Təşkilat Azərbaycandan topladığı gənclərə təlim keçdikdən sonra onları ailələri ilə birlikdə Türkiyə üzərindən Suriyaya keçirir. Dönmək istəyən ailələr isə “Azərbaycanda sizi həbs gözləyir” deyə qorxudulur.

Məqalədə deyildiyinə görə, İŞİD nə qədər itki versə də öz sıralarına yeni döyüşçüləri cəlb etməkdə çətinlik çəkmir. Terror təşkilatı Türkiyə, Yaxın Şərq, Avropa və Rusiyadan sonra döyüşçülər toplamaq üçün yeni “hovuzu” Azərbaycan olub.

Bildirilir ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi İŞİD-ə qatılanlara qarşı tez-tez əməliyyatlar keçirir.

“İŞİD son zamanlar Azərbaycanda fəaliyyətini gücləndirib. Qanlı təşkilat tələyə saldığı gənclərdən evli olanları arvadları ilə birlikdə təlim keçib Suriya və İraqdakı müharibəyə cəlb edir. İŞİD geri dönmək istəyənləri “qayıtsanız, cinayət törətdiyiniz üçün 15 il həbs cəzası alacaqsınız” deyə qorxudur. Qayıtmalarına icazə verilənlər isə Azərbaycana yox, Ukraynaya göndərilir”- deyə qəzet yazır.

“Yeni Çağ” onu da yazır ki, ötən gün - yanvarın 12-də Türkiyənin baş naziri Əhməd Davudoğlunun Berlinə səfərindən əvvəl Almaniyanın daxili kəşfiyyat xidmətinin rəisi Hans-Gorg Maasen Türkiyəni radikalı qrupların öz ərazisindən Suriyaya keçməsini əngəlləməyə çağırıb.

ARD telekanalına müsahibə verən Maasen radikalların 90 faizinin Suriyaya Türkiyə üzərindən keçdiyini deyib. O, radikalların Türkiyə üzərindən Suriyaya keçməsinin qarşısını almaq üçün görülən tədbirlərin qismən uğurlu olduğunu, ancaq Suriyaya keçənlərin sayının xeyli çox olduğunu da qeyd edib.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam