Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Rusiya və İsraillə münasibətlərin gələcəyi ümid verir"

erdogan-yeni1

Xeberinfo.com:   Xarici KİV-ə istinadla xəbərə görə, Türkiyə Cümhuriyyətinin prezidenti R.T.Ədoğan Rusiya və İsraillə münasibətlərin pozitiv inkişafına ümid etdiyini bildirib. Bu barədə Prezident müqəddəs Ramazan bayramı münasibətilə xalqa ünvanladığı yazılı müraciətində bəyan edib.

«Biz, İsrail və Rusiya ilə münasibətləri inkişaf etdiririk. Son həftələr ərzində atılmış qarşılıqlı-pozitiv addımlar bizim üçün gələcəyə ümid verir» – deyə, dəftərxanasının yaydığı müraciətdə Prezident bəyan edib. O, qeyd edib ki, Türkiyə artıq «Suriyadakı problemlərin, terrorçuluğun və süni yaradılan gərginliklərin digər dövlətlərlə münasibətlərdə doğurduğu böhranı adlayır» və həmin münasibətləri yenidən bərpa edir.

Ötən həftənin əvvəlindən başlayaraq, Türkiyənin Rusiya və İsraillə münasibətləri normallaşmağa başlayıb. Ötən ilin noyabrında baş vermiş Su-24 insidentindən sonra Ankaranın Moskva ilə tamdəyərli təmasları dondurulmuşdu. Ərdoğanın Rusiya prezidenti Putinə göndərdiyi üzrxahlıq məktubu sayəsində iyulun 1-də Soçidə iki ölkənin xarici işlər nazirləri arasında birbaşa danışıqlar baş tutub.

İsraillə münasibətlər isə 6 il bundan əvvəl minimuma endirilmişdi. Bu, «Mavi Mərmərə» insidenti ilə bağlı idi. Bu il iyunun 27-də tərəflər rəsmən münasibətlərin normallaşdığını elan ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam