Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qarabağın işğalçı ordusu: “Azərbaycan aerodromlarına zərbələr endirəcəyik"

 

Separatçı “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” Levon Mnatsakyan bildirib ki, Qarabağın işğalçı ordusu ehtiyac olduğu halda, Azərbaycanın aerodromlarına da zərbələr endirməyə hazırdır.

Xeberinfo.com:    Məlumata görə, o bunu “Armenia TV” telekanalına müsahibəsində deyib.

“Müdafiə naziri” qeyd edib ki, son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin toplaşması müşahidə olunur.

“Ehtiyac yaranarsa, onlara zərbələr endiriləcək, amma biz hazırkı vəziyyətdə bunu məqsədəuyğun hesab etmirik. Onlar bizim silahlarımızın vura biləcəyi məsafələrdə yerləşirlər. Bizim 120 kilometr dərinliyi vura biləcək hərbi vasitələrimiz var, lazım olarsa, onlardan istifadə edəcəyik. Biz strateji və hərbi obyektlərə, eləcə də, aeroportlara zərbə endirə bilərik", - deyə o vurğulayıb.

"İndiki vaxtda neft quyularına zərbələr endirməyə ehtiyac yoxdur, çünki hədəfdə əsas hərbi obyektlərdir", - deyə “müdafiə naziri” əlavə edib.(Virtualaz.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam