Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Türkiyənin prezident üsul-idarəsinə keçməsinə ehtiyac yaranıb”

AKP millət vəkili: “Türkiyənin prezident üsul-idarəsinə keçməsinə ehtiyac yaranıb”

 

 

“Ölkəmizin  prezident üsul-idarəsinə keçməsinə ehtiyac yaranıb”.
 
Xeberinfo.com:  Məlumata görə, bu sözləri APA-ya açıqlamasında Ədalət və İnkişaf Partiyasının Van millət vəkili Burhan Kayatürk deyib.
 
B. Kayatürk baş nazir Əhməd Davudoğlunun mayın 22-də fövqəladə qurultaya getmək barədə qərarının çox önəmli olduğunu söyləyib: “Mətbuat konfransında baş nazirimizin çox gözəl çıxışı oldu. Məclisdəki Ak Parti qrupu bundan sonra həmişə hörmətli Davudoğlunun haqq və hüquqlarını müdafiə edəcək, onun mübarizəsinə lazımi dəstəyi verəcək. Hal-hazırda Türkiyədə prezident üsul-idarəsinə ehtiyac ortaya çıxıb. Ak Partinin qurucusu və hərəkatın lideri, hörmətli Rəcəb Tayyib Ərdoğan bu ehtiyacı gördüyü üçün ölkənin prezident üsul-idarəsinə keçməsini istəyir. Ak Partinin millət vəkili qrupu və bütün təşkilatları hörmətli prezidentimizin ölkəni prezident üsul-idarəsinə keçirmə düşüncəsinə qeyd-şərtsiz dəstək verəcək, buna heç kimin şübhəsi olmamalıdır. Bu proseslərdə ölkəmizdə heç bir böhran və xaos yaşanmayacaq, hər şey qanun-qaydalar çərçivəsində həyata keçiriləcək, baş nazirimiz də bunu vurğuladı. Ak Parti qədim ənənələrimizdən vüsət almış bir hərəkat olduğuna görə, xalq bizdən dəstəyini heç vaxt əsirgəmir, bundan sonra  da əsirgəməyəcəyinə inanıram. Prezidentimiz də bu inamı daşımaqdadır. Biz həm Türkiyənin, həm də dünyada əzilən müsəlmanların ümidi olan siyasi hərəkatıq. Bundan sonrakı mərhələdə Türkiyənin prezident üsul-idarəsinə keçməsi üçün lazım olan təməlin hazırlanmasıyla məşğul olacağıq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam