Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

''Türkiyə mallarından imtina ən axmaq qərar olar''

 

Qrant Baqratyan: Türkiyə mallarına sanksiya tətbiq edəndən sonra Rusiya öz vəziyyətini ağırlaşdırsa da, ən çox əziyyəti Ermənistan çəkir

 

Xeberinfo.com:   "Türkiyədə istehsal olunan mallardan imtina haqda qərar qəbul etsək, bundan ən çox əziyyəti biz çəkəcəyik. Türkiyə istehsalçıları üçün biz az əhəmiyyət kəsb edirik. Biz Türkiyə büdcəsindən dolanırıq, o ölkənin mallarından imtina ən axmaq qərar olar".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu parlamentin "Erməni Milli Konqresi" fraksiyasının üzvü Qrant Baqratyan ölkənin iqtisadiyyat naziri, "Daşnaksütyun" Partiyasının üzvü Artsvik Minasyanın Türkiyədə istehsal olunan malların idxalının məhdudlaşdırılması və ya qadağa qoyulması haqda çıxışına münasibət bildirərkən deyib.
"Hakimiyyət hay-küyçü vətənsevərliklə məşğul olursa, deməli, onun xalqa verməyə heç nəyi yoxdur. Bəzi məhsulları əvəzləmək mümkündür. Bu başqa məsələdir. Ümumiyyətlə, Rusiya Türkiyə mallarına sanksiya tətbiq edəndən sonra öz vəziyyətini ağırlaşdırsa da, ən çox əziyyəti Ermənistan çəkir", - deyə deputat Q.Baqratyan vurğulayıb.
Qeyd edək ki, 2010-cu ilin rəsmi məlumatına əsasən, Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsi 300 min dollar olub. 2015-ci ilin stistikasına görə, İranla Ermənistan arasında ticarət isə 340 milyon dollar təşkil edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam